Sərhəddə müşahidə edilən PUA zərərsizləşdirildi
Azərbaycan Rusiya ilə bağlı səsvermədə bitərəf qalıb
Azad olunmuş ərazilərə 4 milyard xərclənəcək
Borcumuz açıqlandı: 26.628,8 milyon manat
Amerikanın Yaxın Şərqdə batmayan gəmisi
Rusiya 909 cəsədi Ukraynaya qaytarıb
Savaş ərəfəsi: Bakının dostu nüvə silahı əldə edir?
Diqqət: Sabah bu yol bağlı olacaq
BŞTİ-də yeni təyinatlar olub
Prezident “Sea Breeze“ layihələrilə tanış olub


09.03.2022  18:21 

Sahibkarların 150 min manatını mənimsəyənə hökm oxunub





A+  A-

Özünü Dövlət Vergi Xidmətinin vəzifəli şəxsi kimi təqdim edərək sahibkarların 150 min manata yaxın pulunu mənimsəyən şəxsə hökm oxunub.

Çingiz Məcnunzadə bir sıra sahibkarlara koronavirus pandemiyası ilə əlaqədar dövlətdən yardım ayrılmasını vəd verməklə pul alıb. Bəzi sahibkarların isə vergi borcunu sildirəcəyi vədi ilə pullarını mənimsəyib. Belə ki, o, “Sahibkarlara Maddi Yardım Fondu”nun açıldığını, pandemiyadan zərər çəkən sahibkarlara 5 min manat pul yardımı ediləcəyini deyib. Habelə, vergi borclarının silinməsi və sahibkarların hesablarına qoyulmuş məhdudiyyətləri ləğv etdirmək səlahiyyətinə malik olduğunu bildirib.

Məhkəmə araşdırması zamanı məlum olub ki, Ç.Məcnunzadə elektron vergi hesabatlarının verilməsindən anlayışlı şəxs olub. Məhz bu sayədə sahibkarları aldatmağı bacarıb. Belə ki, müəssisələrin vergi hesabatları vaxtında və düzgün verilmədiyi üçün onların vergi kabineti bloklanıb. Daha sonra Çingiz səlahiyyətlərindən istidafə edərək bloku açdıracağı və borcları sildirəcəyini deyib. Əslində isə o hesabatları verməklə blokun müvəqqəti açılmasına nail olub.

Ç.Məcnunzadə vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə, dələduzluq, rüşvət verməyə təhrik etmədə təqsirli bilinib. Bakı ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 6 il müddətə azadlıqdan məhrum edilib.

Xəbər 1618 dəfə oxunub.



18.04.2025  15:33 

BŞTİ-də yeni təyinatlar olub


BÜTÜN XƏBƏRLƏR +