Meyitlərin qulaqlarını kəsirdilər - Babayan
Sərhəddə müşahidə edilən PUA zərərsizləşdirildi
Azərbaycan Rusiya ilə bağlı səsvermədə bitərəf qalıb
Azad olunmuş ərazilərə 4 milyard xərclənəcək
Borcumuz açıqlandı: 26.628,8 milyon manat
Amerikanın Yaxın Şərqdə batmayan gəmisi
Rusiya 909 cəsədi Ukraynaya qaytarıb
Savaş ərəfəsi: Bakının dostu nüvə silahı əldə edir?
Diqqət: Sabah bu yol bağlı olacaq
BŞTİ-də yeni təyinatlar olub


12.12.2024  18:13 

Dövlət Əmək Müfəttişliyi Xidməti və “DOST Müfəttiş” layihəsi növbəti beynəlxalq mükafatlara layiq görülüblər





A+  A-

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti və Xidmətlə Nazirliyin tabeliyindəki Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın birgə layihəsi olan “DOST Müfəttiş” növbəti beynəlxalq uğurlar qazanıblar

Xəzərnews.az xəbər verir ki, xidmətin fəaliyyət sahələrində innovativ yanaşmaların geniş tətbiqi və “DOST Müfəttiş” layihəsinin işəgötürənlər üçün qiymətləndirmə dəstəyi “Global Banking & Finance Review” beynəlxalq jurnalının (Böyük Britaniya) müsabiqəsində münsiflər heyətinin yüksək qiymətini alıb.

Beləliklə, Dövlət Əmək Müfəttişliyi Xidməti və “DOST Müfəttiş” layihəsi müsabiqənin qalibləri sırasına daxil edilərək “İnnovasiyada Mükəmməllik-2024” mükafatlarına layiq görülüblər.

Müsabiqədə Azərbaycanla yanaşı, ABŞ, Böyük Britaniya, Fransa, İtaliya, Belçika, Xorvatiya, Portuqaliya, Almaniya, Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri, İndoneziya və s. daxil olmaqla 100-ə yaxın ölkədən maliyyə-kredit, bank, pensiya, sığorta və investisiya qurumları, regional və beynəlxalq maliyyə korporasiyaları iştirak edib

Xəbər 3128 dəfə oxunub.



18.04.2025  15:33 

BŞTİ-də yeni təyinatlar olub


BÜTÜN XƏBƏRLƏR +