Vatikan Zelenskiyə görə protokolu pozdu
Bu ölkələr arasında döyüşlər başladı? -VİDEO
İranda təkrar partlayış olub -VİDEO
Prezident Çinlə viza rejiminin ləğvinə münasibət bildirib
BakuBus sürücüsü piyadanı döyüb -VİDEO
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
“Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram“
Dünya liderləri Roma Papası Fransisklə vidalaşır
Ərdoğan gələn ay Azərbaycana səfər edəcək
Daha 3 şəxs Rusiyadan Azərbaycana ekstradisiya olundu


24.04.2019  16:21 

Ermənistan ATƏT-ə Qarabağda araşdırma aparmağa icazə vermir





A+  A-

Uzun illərdir ki, ATƏT-in faktaraşdırıcı missiyası Azərbaycanın işğal olunmuş ərazilərində heç bir araşdırma aparmır. Halbuki Ermənistan Qarabağda qanunsuz məskunlaşma siyasətini davam etdirir.
XəzərNews.az-ın məlumatına görə, ATƏT Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbərinin müavini, Milli Məclisin deputatı Tahir Mirkişili Modern.az-a açıqlamasında məsələyə münasibət bildirib. Onun sözlərinə görə, ATƏT-in faktaraşdırıcı missiyası 2005 və 2010-cu illərdə regiona 2 dəfə səfər edib.

“2005-ci ildəki səfəri ATƏT-in əsas missiyası regionda qanunsuz məskunlaşma ilə bağlı idi. Bu missiyanın verdiyi hesabatda Azərbaycanın iddia etdiyi faktlar öz təsdiqini tapıb. İkinci missiya 2010-cu ildə Dağlıq Qarabağ ətrafında ümumi vəziyyətlə bağlı olub. Bu missiyanın səfəri burada təbii ehtiyatlardan qanunsuz istifadəetmə, mülkiyyət hüquqlarının pozulması və bütövlükdə Dağlıq Qarabağ regionunda separatçıların qanunsuz hakimiyyətinin bölgənin maddi rifahına vurduğu ciddi ziyanla bağlı idi. Bu faktlar yenə öz təsdiqini tapıb”.

T.Mirkişili faktaraşdırıcı missiyasının işinə Ermənistan tərəfindən edilən maneədən də söz açıb.

“Ötən müddət ərzində Azərbaycan dəfələrlə məsələni qaldırsa da, bu günə qədər Ermənistan hakimiyyəti, işğalçı rejim Dağlıq Qarabağa ATƏT-in faktaraşdırıcı missiyasının səfər etməsinə mane olur. Bu maneolma bu günə qədər davam edir. Baxmayaraq ki, Azərbaycan dəfələrlə bu məsələni qaldırır, xarici işlər nazirləri arasında da bu məsələ gündəmə gətirilir. Ancaq nəticə qənaətbəşx olmayıb. Ümid edirik ki, Ermənistan hakimiyyəti ATƏT-in faktaraşdırıcı missiyasının regiona səfərinə imkan verəcək. Çünki bu missiyanın əsas məqsədi mümkün olan faktları ortaya çıxarmaqdır.

Eyni zamanda qanunsuz faktların aradan qaldırılması ilə bağlı ATƏT-in üzv ölkələrinə verdiyi hesabatın nəticəsində Azərbaycanın qaldırdığı məsələlərin həllinə yardım etməkdən ibarətdir”.

Xəbər 1832 dəfə oxunub.




25.04.2025  11:21 

18 yaşın mübarək, Qaynarinfo!


BÜTÜN XƏBƏRLƏR +