Avtobus zolağına daxil olan sürücülərə XƏBƏRDARLIQ
Kamil atasının ad və soyadından niyə imtina edib?
Masallıda yaşayış evində yanğın baş verib - Video
Əfv Komissiyasına 700-dən çox müraciət var
“Azər-Türk Bank”ın 1.5 mln. manatlıq ümidsiz kreditləri...
Bakıda məşhur şadlıq evləri cərimələndi – SİYAHI
Saxta plastik cərrah Gəncədə ölümə səbəb oldu
Estoniya Rusiya ilə sərhəddə hərbi baza yaradır
Tramp geri çəkildi: Çin mallarına rüsumlar azalacaq
“BakuDent“ klinikası cərimələndi


07.02.2025  17:28 

Müşahidəçilər yenidən sərhəddə...





A+  A-

Avropa İttifaqının Ermənistandakı Müşahidə Missiyası Azərbaycanla sərhəddə müşahidələrini davam etdirir.

XəzərNews.az APA-ya istinadən xəbər verir ki, avropalı müşahidəçilər bu dəfə bir neçə maşında Laçın və Zəngilan rayonları ilə həmsərhəd ərazilərə gələrək, vizual müşahidələr aparıblar. Onlar binoklla ətrafı, o cümlədən Azərbaycan ərazilərini izləyiblər.

Müşahidəçilərin hərəkətləri Azərbaycan sərhədçilərinin tam nəzarəti altında olub.

Azərbaycan sərhədçiləri Laçın rayonunun Fətəlipəyə və Zəngilan rayonunun Seyidli kəndi ərazisindən Avropa ittifaqının Müşahidə Missiyasının üzvlərinin həm avtomobillərlə, həm də piyada hərəkətlərini nəzarət altında saxlayıb və qeydə alıb.

Xatırladaq ki, Avropa İttifaqının Ermənistandakı Müşahidə Missiyası mütəmadi olaraq Azərbaycanla sərhəd boyu müşahidələr aparır. Bu barədə Azərbaycan mətbuatında mütəmadi məlumatlar və görüntülər yayılır. Bir müddət əvvəl APA da Qazax rayonu ilə həmsərhəd ərazidə avropalı müşahidəçilərinin fəaliyyəti barədə məlumat və görüntü yaymışdı (https://apa.az/xarici-siyaset/ai-musahidecileri-bu-defe-qazaxla-serhedde-azerbaycan-serhedcileri-onlarin-hereketlerini-nezaret-altinda-saxlayib-video-886824).

Qeyd edək ki, Avropa İttifaqının Ermənistanın Azərbaycanla sərhədindəki 200 nəfərlik müşahidə missiyasının mandatı daha iki il - 19 fevral 2027-ci ilədək uzadıb.

Xəbər 1402 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +