İlham Əliyev ATƏT-in Baş katibini qəbul edib
Azərbaycan Pakistanı dəstəkləyir - Politoloq
İran Donald Trampı aradan götürmək istəyir
İcra hakimiyyəti Novruz şənliyi üçün apreldə tender keçirib
Meyxanaçı həbs edilib - Gəncədə...
Yarım milyonluq kibercinayətkarlıq - Bakıda...
Generalın avtomobili partladıldı
Aİ Azərbaycanın ən böyük ticarət tərəfdaşıdır - Kallas
Baş psixiatrdan NAZİRƏ ŞİKAYƏT olundu
ABŞ Senatının üzvü Adam Şiff yenə həddini aşdı


29.10.2021  11:32 

Prezident Ali Erbaşı qəbul edib - Şeyxsiz - Foto





A+  A-

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 29-da Türkiyənin Diyanət İşləri İdarəsinin sədri Ali Erbaşı qəbul edib.

XezerNews.az verir ki, Prezident İlham Əliyev Türkiyə Respublikasının milli bayramı – Respublika Günü münasibətilə təbriklərini çatdırdı, türk xalqına xoşbəxtlik və rifah arzuladı.

Söhbət zamanı Türkiyə Prezidenti Rəcəp Tayyib Ərdoğanın ölkəmizə bu yaxınlardakı səfəri məmnunluqla xatırlandı, bu səfərin Azərbaycanla Türkiyə arasında qardaşlıq və dostluq münasibələtlərinin növbəti nümunəsi olduğu və əlaqələrimizi daha da möhkəmləndirdiyi vurğulandı.

Türkiyənin Diyanət İşləri İdarəsinin sədri Ali Erbaşın işğaldan azad olunmuş torpaqlarımıza səfər etməsinin önəminə toxunularaq, onun işğal dövründə bütün tarixi-dini abidələrin ermənilər tərəfindən məhv edildiyinin şahidi olduğu qeyd edildi.

Görüşdə ölkələrimiz arasında qardaşlıq və dostluq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyi məmnunluqla vurğulandı.


Xəbər 1520 dəfə oxunub.




25.04.2025  11:21 

18 yaşın mübarək, Qaynarinfo!

25.04.2025  11:17 

Prezident Kaya Kallası qəbul etdi


BÜTÜN XƏBƏRLƏR +