İlham Əliyev ATƏT-in Baş katibini qəbul edib
Azərbaycan Pakistanı dəstəkləyir - Politoloq
İran Donald Trampı aradan götürmək istəyir
İcra hakimiyyəti Novruz şənliyi üçün apreldə tender keçirib
Meyxanaçı həbs edilib - Gəncədə...
Yarım milyonluq kibercinayətkarlıq - Bakıda...
Generalın avtomobili partladıldı
Aİ Azərbaycanın ən böyük ticarət tərəfdaşıdır - Kallas
Baş psixiatrdan NAZİRƏ ŞİKAYƏT olundu
ABŞ Senatının üzvü Adam Şiff yenə həddini aşdı


02.07.2021  13:50 

Etirazlara səbəb olan cərimələnmə qanununda dəyişiklik ediləcək





A+  A-

“Mülki Prosessual Məcəlləyə təklif edilən maddə yeni redaksiyada veriləcək”.
XəzərNews.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri, deputat Əli Hüseynli Mülki Prosessual Məcəlləyə təklif edilən dəyişikliyin müzakirəsi zamanı deyib.

O qeyd edib ki, məhkəmə işə düzgün və tezliklə baxılmasına aşkar sürətdə mane törədən şəxsləri, işdə iştirak edənləri və ya vəkilləri cərimələyəcək:

“Qeyd olunurdu ki, niyə yalnız vəkillər nəzərdə tutulurdu. Bu, artıq aradan qaldırıldı, bütün tərəfləri nəzərə alacağıq. İkincisi, narazılıq yaradan məsələ rüsumlarla bağlı idi. Pulsuz hüquqi yardımla bağlı qanunun təqdim olunması nəzərdə tutulur. Bu baş verəndən sonra həmin narazılıq aradan qalxmış olacaq”.

Qeyd edək ki, əvvəlki redaksiyada dəyişiklik məhkəmənin açıq-aşkar əsassız vəsatət və şikayətlər verən, yaxud işə düzgün və tezliklə baxılmasına və onun həll edilməsinə aşkar surətdə maneçilik törədən tərəfi, onun nümayəndəsini və ya vəkilini 500 manatadək cərimə etməsini nəzərdə tuturdu. Yeni dəyişiklikdə isə məhkəmə işə düzgün və tezliklə baxılmasına və onun həll edilməsinə aşkar surətdə maneçilik törədən, o cümlədən dəfələrlə açıq-aşkar əsassız vəsatət və şikayətlər verərək işdə iştirak edən şəxsləri, onların nümayəndələrini və ya vəkilləri 500 manatadək cərimə edə biləcək.

Məcəlləyə təklif edilən dəyişikliklər II oxunuşda səsə qoyularaq qəbul edilib.

Xəbər 2228 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

25.04.2025  11:21 

18 yaşın mübarək, Qaynarinfo!

25.04.2025  11:17 

Prezident Kaya Kallası qəbul etdi


BÜTÜN XƏBƏRLƏR +