İlham Əliyev ATƏT-in Baş katibini qəbul edib
Azərbaycan Pakistanı dəstəkləyir - Politoloq
İran Donald Trampı aradan götürmək istəyir
İcra hakimiyyəti Novruz şənliyi üçün apreldə tender keçirib
Meyxanaçı həbs edilib - Gəncədə...
Yarım milyonluq kibercinayətkarlıq - Bakıda...
Generalın avtomobili partladıldı
Aİ Azərbaycanın ən böyük ticarət tərəfdaşıdır - Kallas
Baş psixiatrdan NAZİRƏ ŞİKAYƏT olundu
ABŞ Senatının üzvü Adam Şiff yenə həddini aşdı


22.11.2018  14:53 

Daha 304 şəhid varisinə 11 min manat veriləcək





A+  A-

Azərbaycan Prezidenti İlham Əliyevin 2018-ci il 19 aprel tarixli 1 nömrəli Fərmanının icrası ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində fəaliyyət göstərən Komissiyanın növbəti iclasında şəhid hərbi qulluqçulardan 223-ü üzrə 304 vərəsəyə də birdəfəlik ödəmənin (11 min manat) verilməsinə dair qərar qəbul olunub.
Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) İctimaiyyətlə əlaqələr şöbəsindən XəzərNews.az-a verilən məlumatda bildirilib.

Qeyd edilib ki, Komissiyanın sədri, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Fərmanının icrası işlərinin davam etdiyini, notarial qaydada qəbul edilən sənədlərin nazirlikdəki işçi qrupu tərəfindən təhlil edilərək, Komissiyaya təqdim olunduğunu deyib. O bildirib ki, bu sahədə aparılan işlərin Azərbaycan Prezidenti İlham Əliyevin şəhid ailələrinə olan qayğısına, onlara birdəfəlik ödəmənin verilməsini nəzərdə tutan humanist addımına uyğun şəkildə, tam şəffaf şəkildə yerinə yetirilməsi başlıca prinsipdir.

Nazir qəbul edilmiş qərarlar üzrə vərəsələrə birdəfəlik ödəniş prosesinin davam etdiyini, ödənişi alan şəxslə ödənişi həyata keçriən qurum arasında heç bir təmasın baş vermədiyini, müvafiq vəsaitin vərəsələrin bank hesablarına köçürüldüyünü diqqətə çatdırıb.

Qeyd edək ki, Komissiya bu günədək artıq 447 şəhidin 585 vərəsəsinə ödəmənin verilməsi barədə qərarlar qəbul edib və onlara müvafiq vəsaitin ödənişi həyata keçirilir. Bununla yanaşı, qanuni qüvvəyə minmiş məhkəmə aktları əsasında 469 şəhid hərbi qulluqçu üzrə 471 vərəsə də ödənişlə təmin olunub.

Xəbər 1598 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

25.04.2025  11:21 

18 yaşın mübarək, Qaynarinfo!

25.04.2025  11:17 

Prezident Kaya Kallası qəbul etdi


BÜTÜN XƏBƏRLƏR +