İlham Əliyev ATƏT-in Baş katibini qəbul edib
Azərbaycan Pakistanı dəstəkləyir - Politoloq
İran Donald Trampı aradan götürmək istəyir
İcra hakimiyyəti Novruz şənliyi üçün apreldə tender keçirib
Meyxanaçı həbs edilib - Gəncədə...
Yarım milyonluq kibercinayətkarlıq - Bakıda...
Generalın avtomobili partladıldı
Aİ Azərbaycanın ən böyük ticarət tərəfdaşıdır - Kallas
Baş psixiatrdan NAZİRƏ ŞİKAYƏT olundu
ABŞ Senatının üzvü Adam Şiff yenə həddini aşdı


24.11.2017  13:56 

“Azərbaycana qızıl leqal və qeyri-leqal yollarla gətirlir”





A+  A-

Nazirlər Kabinetinin təsdiq etdiyi “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”nə əsasən, gələn il yanvarın 1-dən ölkəyə satış məqsədilə idxal ediləcək qızıl və gümüş məmulatları gömrük dəyərinin 15 faizi həcmində gömrük idxal rüsumuna cəlb ediləcək.
Hazırda qüvvədə olan “Azərbaycan Respublikasının ərazisinə gətirilən mallar üzrə gömrük idxal rüsumlarının dərəcələri”nə əsasən qızıl birləşmələri və gümüş 0,5 faiz gömrük idxal rüsumuna cəlb olunur.

XəzərNews.az-ın məlumatına görə, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov Modern.az-a bildirib ki, müəyyən malların ölkəyə gətirilməsi zamanı idxal rüsumlarının artırılması gündəmdədir:

“Mebel, avtomobil, qızıl və s. kimi 2 ildə, 5 ildə, 10 ildə bir dəfə alınan mallara yüksək gömrük rüsumunun tətbiqi yolveriləndir. Amma gündəlik tələbat malları, geyim əşyalarının idxalı zamanı minimum rüsum tətbiq edilməlidir ki, ölkə vətəndaşları üçün əlçatan olsun. Belə məhsullarda dövlət rüsumları, ƏDV, gömrük rüsumlarına mütləq baxmaq lazımdır”.

V.Əhmədov ölkəyə leqal və qeyri-leqal yollarla qızıl-zinət əşyaları gətirildiyini vurğulayıb:

“Adətən belə fikirlər var ki, qızılın qiyməti yüksələndə, digər mallara da təsir edir. Amma mən hesab edirəm ki, Azərbaycana leqal və qeyri-leqal üsullarla kifayət qədər qızıl idxal olunur. Ona görə də növbəti ildən qızılın idxal rüsumunun 15 faiz artırılması Azərbaycanın daxili bazarına heç bir təsiri olmayacaq”.

Xəbər 2195 dəfə oxunub.




25.04.2025  11:21 

18 yaşın mübarək, Qaynarinfo!

25.04.2025  11:17 

Prezident Kaya Kallası qəbul etdi


BÜTÜN XƏBƏRLƏR +