Zelenskinin ilə bağlı müxtəlif ssenarilər var - Narışkin
Bir milyondan çox vergi borcu olan xanım sahibkar kimdir?
Dolu düşəcək, sulu qar yağacaq - Hava proqnozu
Tarif Şurası rəsmisi sərxoş halda qaziyə hücum çəkib
Biz hamımız bu adamıq - Zelenskaya
Üçüncü Dünya müharibəsi başlaya bilər - Şoyqu
Məhkəmə Əvəz Zeynallı ilə bağlı qərar verdi
Ölülərin qızıl dişlərini çıxaran şəxs saxlanılıb
Meydan Babayev vəzifəsindən uzaqlaşdırıldı
Sabiq prezidenin qızının milyonları geri qaytarılır


23.05.2023  13:50 

Azərbaycanda istehsal olunan avtomobillər ƏDV azad olunub





A+  A-

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sonuncu iclasında Vergi Məcəlləsinə təklif olunan dəyişiklik müzakirə edilərək plenar iclasa tövsiyyə olundu. Yeni dəyişikliyə əsasən, 2023-cü il may ayının 1-dən etibarən Azərbaycanda istehsal olunan avtomobillərin satışı 10 il müddətinə əlavə dəyər vergisindən (ƏDV) azad olunub.

XəzərNews.az xəbər verir ki, bu barədə açıqlama ilə millət vəkili Vüqar Bayramov çıxış edib.

"Bu o deməkdir ki, dəyişiklik təsdiq olunduqdan sonra yerli istehsal olunan avtomobillərin satışı zamanı 18.0 faizlik vergi ödənilməyəcək. Bu həmin avtomobillərin xərcinin azalmasına imkan verəcək. İqtisadi baxımdan xərcin azalması yerli avtomobillərin qiymətinə də təsirsiz ötüşməməlidir.

Dəyişiklikdə əsas məqsəd yerli avtomobil istehsalının satışını təşviq etməkdir. Eyni zamanda, Vergi Məcəlləsinə ediləcək bu dəyişiklik idxal olunan avtomobillərlə müqayisədə yerli avtomobillərin rəqabət imkanlarını gücləndirəcək. Hazırda "Xəzər" avtomobil zavodu yerli avtomobillərin istehsalını genişləndirməyə çalışır. Həmçinin, Özbəkistanla yeni model avtomobillərin istehsalı ilə bağlı müzakirələr gedir. Bu isə ondan xəbər verir ki, ƏDV-dən azad olma həm də yerli istehsalın genişləndirilməsi üçün imkanlar yaradacaq - deyə deputat əlavə edib..

Xəbər 1578 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

24.04.2025  10:39 

Flora Kərimovanın səsi batdı


BÜTÜN XƏBƏRLƏR +