Zaur Kərimov AQTA-dan getdi - İstefa
Bu bankdan 150 milyon manata yaxın depozit geri çəkilib
Baş Notarius vəzifəsindən uzaqlaşdırıldı
Ruslar avtobusu dronla vurdu... - 9 nəfər ölüb
Strateji əməkdaşlığa dair Birgə Bəyanat imzalandı
Gömrükdən büdcəyə daxil olan vəsaitlər niyə azalır?
Kartlardan 21 min manatdan çox vəsait oğurlandı
Xətai, Sabunçu, Suraxanı... - Söküntü aparılacaq ünvanlar açıqlandı
İlham Əliyevin Si Cinpin ilə geniş tərkibdə görüşü olub
“RR Construction” vətəndaşın evini söküb - Video


12.10.2022  10:36 

Hava bu gündən pisləşəcək





A+  A-

Azərbaycanda bu günə gözlənilən hava proqnozu açıqlanıb.

XəzərNews.az Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim şimal küləyi əsəcək.

Havanın temperaturu gecə 16-18° isti, gündüz 21-23° isti olacaq. Bakıda gecə 16-18° isti, gündüz 21-23° isti olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunundan 766 mm civə sütununa yüksələcək. Nisbi rütubət 65-75 % olacaq.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin bəzi şərq rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi arabir güclənəcək.

Havanın temperaturu gecə 13-17° isti, gündüz 22-26° isti, dağlarda gecə 5-9° isti, gündüz 11-16° isti olacaq.

Xəbər 1876 dəfə oxunub.




22.04.2025  13:58 

Nazir səfirlə görüşdü

22.04.2025  12:29 

Sabah 29° isti olacaq


BÜTÜN XƏBƏRLƏR +