Avtobus zolağına daxil olan sürücülərə XƏBƏRDARLIQ
Kamil atasının ad və soyadından niyə imtina edib?
Masallıda yaşayış evində yanğın baş verib - Video
Əfv Komissiyasına 700-dən çox müraciət var
“Azər-Türk Bank”ın 1.5 mln. manatlıq ümidsiz kreditləri...
Bakıda məşhur şadlıq evləri cərimələndi – SİYAHI
Saxta plastik cərrah Gəncədə ölümə səbəb oldu
Estoniya Rusiya ilə sərhəddə hərbi baza yaradır
Tramp geri çəkildi: Çin mallarına rüsumlar azalacaq
“BakuDent“ klinikası cərimələndi


26.02.2024  18:04 

Vahan Xaçaturyan İraqa səfərə gedib





A+  A-

Ermənistan prezidenti Vahan Xaçaturyan İraqa rəsmi səfərə gedib.

Xəzərnews.az “Armenpress”ə istinadla xəbər verir ki, Ermənistan prezidentini Bağdad beynəlxalq hava limanında İraqın baş nazirinin müavini və xarici işlər naziri Fuad Hüseyn qarşılayıb.

Səfər zamanı Ermənistan prezidenti İraq prezidenti Əbdül Lətif Rəşid və baş nazir Məhəmməd Şiə əl-Sudani ilə görüşəcək.

Ermənistan prezidenti Bağdad Universitetində mühazirə oxuyacaq. O, həmçinin Ərbilə səfər edəcək və burada İraq Kürdüstanının fəxri prezidenti Məsud Bərzani və İraq Kürdüstanının prezidenti Neçivan Bərzani ilə görüşlər keçirəcək.

Xaçaturyan habelə İraq və İraq Kürdüstanının erməni icmalarının nümayəndələri ilə də görüşəcək.

Ermənistan prezidentinin nümayəndə heyətinin tərkibində sahibkarlar da İraqa gəlib və biznes forumda iştirak edəcəklər.

Xəbər 1014 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +