Vatikan Zelenskiyə görə protokolu pozdu
Bu ölkələr arasında döyüşlər başladı? -VİDEO
İranda təkrar partlayış olub -VİDEO
Prezident Çinlə viza rejiminin ləğvinə münasibət bildirib
BakuBus sürücüsü piyadanı döyüb -VİDEO
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
“Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram“
Dünya liderləri Roma Papası Fransisklə vidalaşır
Ərdoğan gələn ay Azərbaycana səfər edəcək
Daha 3 şəxs Rusiyadan Azərbaycana ekstradisiya olundu


10.02.2024  17:38 

“Məktəblər artıq təhsil ocağı deyil...“ - Etiraz





A+  A-

"Bəzi məktəblərdə direktorlar valideynlərə xəbər yollayıblar ki, gələn həftədən 11-ci sinif uşaqlarının geyiminə xüsusi nəzarət olacaq. Yeniyetmələr intihar edir, bir-birini bıçaqlayır, bunlar geyimə nəzarəti gücləndirirlər. Ümumiyyətlə, məktəblərdə hər işlə məşğul olurlar, təkcə təlim-tərbiyyədən başqa".

Xəzərnews.az xəbər verir ki, bu barədə açıqlama ilə Missiya TV-nin rəhbəri Nicat Dağlar çıxış edib.

N.Dağlar bildirib ki, məktəblər artıq təhsil ocağı deyil:

"Uşaqlar məktəbə ancaq attestat almaq üçün gedirlər. Onun da sonda rənginə görə öz qiyməti olur... Ali məktəblərə qəbulda qazandıqları uğur isə valideynlərin hər il MƏKTƏBDƏNKƏNAR təhsilə xərclədikləri pulun nəticəsidir. Direktorlar da özlərinə aid olmayan nəticələrlə hər yeni tədris ilinin əvvəlində reytinq yarışına girirlər. Sanki uşaqların qаzandığı nəticələrdə hansısa rol oynayıblar".

N.Dağlar paltar yoxlayan direktorlara da mesaj ünvanlayıb:

"Sonuncu intihar edən yeniyetmə boynuna kəndir keçirərkən məktəbli geyimində olub. O bıçaqlanmış 11-ci sinif şagirdini də məktəbli geyimində qanına qəltan etdilər. Cinayəti törədən də sizin xüsusi nəzarət etdiyiniz məktəbli geyimində idi..."

Xəbər 4909 dəfə oxunub.




25.04.2025  11:21 

18 yaşın mübarək, Qaynarinfo!


BÜTÜN XƏBƏRLƏR +