Badamovun deportu: Putin ikibaşlı oyun aparır...
Netanyahu Bakıya niyə gəlmədi? - ŞƏRH
Kadırova nə olub... - Hakimiyyətə Adam gəlir?
Kartınızda pul varsa, hədəfdəsiniz!
Uşaq həkimi odlu və soyuq silah saxlayırmış
Bir şəhid anası evdə ac qalırsa, bu nə deməkdir? - Şikayət
Bank kartlarından 46757 manat oğurlandı
İsrail Qəzzanın bütün hissəsini ələ keçirmək istəyir
Rusiya bütün Ukraynanı istəyir - Tramp
AQTA mal bazarında nöqsan aşkar etdi


09.02.2017  15:13 

Mehman Hüseynovu məhkəməyə verənin kimliyi bilindi





A+  A-


Xəbər verdiyimiz kimi Daxili İşlər Nazirliyi (DİN) bloqqer Mehman Hüseynovu xüsusi ittiham qaydasında məhkəməyə verib.

XəzərNews.az bildirir ki, onun hüquqlarını müdafiə edən vəkil Elçin Sadıqov Modern.az-a bloqqerdən şikayət edənin kimliyini açıqlayıb.

E.Sadıqovun sözlərinə görə, Mehman Hüseynova qarşı xüsusi ittiham qaydasında şikayəti Nəsimi rayon Polis İdarəsinin rəisi Musayev Musa Oktay oğlu verib. O, Mehman Hüseynovun Cinayət Məcəlləsinin 147.2-ci maddəsilə məsuliyyətə cəlb olunaraq cəzalandırılmasını xahiş edir.

Məhkəmənin hazırlıq iclası fevralın 10-da saat 10:00-da Suraxanı Rayon Məhkəməsinin hakimi Ceyhun Qədimovun sədrliyilə keçiriləcək.

Qeyd edək ki, Mehman Hüseynov İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi (Polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə) ilə təqsirli bilinərək saxlanılmışdı. Nəsimi Rayon Məhkəməsinin qərarı ilə bloqqer 200 manat cərimələnərək sərbəst buraxılıb. M.Hüseynov mətbuata verdiyi açıqlamada polislərin onunla pis rəftar etdiyini, fiziki zorakılığa məruz qaldığını, başına torba keçirildiyini deyib.

DİN-nin mətbuat xidmətinin rəisi Ehsan Zahidov saytımıza açıqlamasında bloqqerin dediklərini təkzib etmişdi.

 



Xəbər 1505 dəfə oxunub.



05.05.2025  20:10 

Raşizmin faşizm paradı...


BÜTÜN XƏBƏRLƏR +