Vatikan Zelenskiyə görə protokolu pozdu
Bu ölkələr arasında döyüşlər başladı? -VİDEO
İranda təkrar partlayış olub -VİDEO
Prezident Çinlə viza rejiminin ləğvinə münasibət bildirib
BakuBus sürücüsü piyadanı döyüb -VİDEO
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
“Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram“
Dünya liderləri Roma Papası Fransisklə vidalaşır
Ərdoğan gələn ay Azərbaycana səfər edəcək
Daha 3 şəxs Rusiyadan Azərbaycana ekstradisiya olundu


22.03.2025  12:25 

“Uşaq da, ana da sağlamdır“ dedilər, amma...





A+  A-

Cəlilabadda doğuşdan 12 gün sonra baş verən ana ölümü ilə bağlı bəzi detallar məlum olub.

XəzərNews.az "Xəzər Xəbər”ə istinadən xəbər verir ki, 26 yaşlı Nahidə Abbasova körpəsini maşında dünyaya gətiribmiş.

Belə ki, Cəlilabad rayon Soyuqbulaq kənd sakini Nahidə doğuş vaxtı olduğu üçün yaxınları tərəfindən rayon xəstəxanasına aparılıb.

Mərhumun anası Zəminə Abbasovanın iddiasına görə, həkimlər qadının doğuş vaxtı olmadığını bildirərək geri qaytarıblar: "Səhər-səhər apardıq xəstəxanaya. Həkimlər baxıb dedilər ki, "uşaq olmayacaq”, dərman da verdilər. Qaytarıb evə gətirdik. Sancıları daha da çoxaldı. Yenidən xəstəxanaya aparanda yolda, Ağdaşda uşaq dünyaya gəldi. Xəstəxanaya çatdırdıq. Həkimlər baxdılar dedilər ki, "uşaq da, ana da sağlamdır".

Mərhumun atası Babək Abbasov bildirib ki, övladının vəziyyəti yaxşı olub: "Uşağın vəziyyəti yaxşı idi. Öz ayağı ilə ikinci mərtəbəyə qalxmışdı.12-ci gün isə rəhmətə getdi”.

Həkim Yusif Xankişiyev qeyd edib ki, zahı qadın xəstəxanaya gətirilən zaman vəziyyəti orta-ağır, huşu aydın olub: "Daha sonra qadının vəziyyətində kəskin ağırlaşma baş verib və reanimasiya şöbəsinə köçürülüb. Reanimasiya şöbəsində xəstədə kəskin tənəffüs çatmazlığı müşahidə olunub və o dərhal süni tənəffüs aparatına qoşulub. Aparılan bütün müalicə tədbirlərinə baxmayaraq, ayın 20-si ölüm faktı qeydə alınıb”.

Məsələ ilə bağlı TƏBİB-dən "Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilmişdi ki, martın 8-i saat 20:00 radələrində 1999-cu il təvəllüdlü qadın evdə doğuş etdikdən sonra Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının Doğum və ginekologiya şöbəsinə yerləşdirilib.

"Zahı qadın şöbəyə gətirilən zaman ümumi vəziyyəti kafi, huşu aydın olub. Uşaqlıq yolunun müayinəsində 2 ədəd kapsullaşmış kista aşkar edilib. Doğuş yollarında patologiya aşkar edilməyib. Saat 00:00 radələrində qadının ümumi vəziyyəti kəskin ağırlaşdığı üçün Reanimasiya şöbəsinə köçürülüb. Bütün reanimasiyon tədbirlərə baxmayaraq martın 20-si saat 17:30 radələrində ölüm faktı qeydə alınıb”.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, daha öncə yayılan məlumatda bildirilirdi ki, Nahidə Abasova körpəsini evdə dünyaya gətirib.



Xəbər 2014 dəfə oxunub.




25.04.2025  11:21 

18 yaşın mübarək, Qaynarinfo!


BÜTÜN XƏBƏRLƏR +