Azərbaycanlı iş adamından Messiyə bahalı hədiyyə...
Taksi sürücülərinin Bakı tətili ləğv edildi
“Qurd Qapısı” restoranı bağlandı
“Toplum TV” işi üzrə məhkəmə başlayıb
Prezident sülh şərtlərini açıqladı
Starlink Azərbaycanda nəyi dəyişəcək?
Ukrayna işğal olunmuş ərazilərdən iki uşağı qaytardı
50 ABŞ senatoru Rusiyaya qarşı... - Sanksiyalar gəlir
“Körpü Bina Tikinti” MMC-nin iş sahəsində ÖLÜM
Qarabağ Azərbaycandır - Almaniya Prezidenti


18.02.2025  16:23 

Premyer Liqada 23-cü tur - Öyrəndik ki...





A+  A-

"Azərbaycan derbisi" yaşayır. Statistika amansız şəkildə "Qarabağ"ın xeyrinə olsa da, bu matçlar adəti üzrə diqqət mərkəzindən düşmür. Bu dəfə fə belə oldu, daha gözəl ab-hava vardı, daha gərgin rəqabət hiss olunurdu.

Samir Abasovun toparladığı "Neftçi", Qurban Qurbanovun enişdən çıxartmağa çalışdığı "Qarabağ"la qarşılaşmada tribunalar matçın özündən ön plana çıxdı. Şübhəsiz, Liqada oyunların əksəri bu ortamda oynansa, biz öz azarkeşimiz üçübən türklərin Superliqası, böyük beşlik Liqalarını "ehtiyat skamya"ya göndərə bilərik. Buna şübhəm yoxdu.

Oyunun özünə gəlincə, Medinanın qırmızısı onsuz epizodsuz davam edən qarşılaşmanı ümumiyyətlə söndürdü. Qonaqlar arxaya çəkildilər, meydan sahibləri isə öncə arxayınlıq, sonra da güc yetməzliyi səbəbindən xüsusi aktivlik qura bilmədilər. Ağdamlılar sona yaxın təşəbbüsü ələ almağı bacardılar və basqıları öz bəhrəsini verdi. "Qarabağ" kimi komandalar müdafiədəki zəncirvari səhvləri bağışlamırlar, nöqtəni də şimal soyuğu kimi "Panenka" ilə qoyurlar. Yankoviçin o zərbəsi həm futbolçunun, həm də komandanın böyük matçlar təcrübəsinin meydandakı inikası idi. Hər halda, derbi atmosferi yaşadıq, türklər demiş, dadı damağımızda qaldı. Buna görə hər iki komandaya təşəkkür düşür. Ardı gəlsin.

- Berdıyev tərsliyindən məcburi imtina etməsəydi və qonaqlar da azlıqda qalmasaydılar, "Turan" bu turu da xalsız başa vura bilərdi. Jonun zədələnməsindən sonra Xəyal Nəcəfovun girişi oyunun rəsmini dəyişdi. Ötən həftə də yazmışdım ki, Kurban Bekiyeviç öz "vur qabağa" futboluna yüngülvari balans gətirməlidi. Hücum xəttinə ortadan lazımi dəstək, "ikinci dalğa" gəlmədiyinə görə forvardlar gözdən itir, ancaq döyüş və mübarizə ilə yadda qalır, son nöqtəni qoymaq vaxtı gələndə hazır olmurlar. Başa düşürəm, zədələr çoxdu, heyət super deyil, ancaq əldəkindən də səmərəli istifadə etmək lazımdı.

- Vaqif Cavadov təhlükəli sularda üzür. Gənc mütəxəssis qol vura bilməməklərinə, qələbə qazana bilməməklərinə səbəblərdən biri kimi kənar qüvvələri, falçı və bədduaçıları göstərməyə başlayıb. Bəli, başa düşürük ki, zarafatdı. Amma hər zarafatda bir həqiqət var və məşqçi bu sözləri dilə gətirirsə, deməli buna inanır az da olsa. Bu isə yaxşıya əlamət deyil. Heç bir dua ilə müdafiə xəttini "proxodnoy dvor" eləmək mümkün deyil. Heç bir dua ilə Yansane kimi hücumçunu qapıya düşməkdən çəkindirmək olmaz.

Belə şeylərin başını buraxıb işə köklənmək lazımdı. Yoxsa qayadan düşən parça sürətilə aşağı dəstəyə yuvarlanan komandanı heç bir xoş dua xilas etməyəcək.

- Vasili müəllimin də (")sabah(")ı işıqlı görünmür. Aydındı ki, rusiyalı mütəxəssis mexanizmi otuzdurmağa, müəyyən sistem qurmağa çalışır. Bunu uzunmüddətli perspektiv baxımından müsbət dəyərləndirmək olar. Ancaq əvvəlcə o perspektivə gedib çıxmaq lazımdı. "Səbail" kimi rəqibləri yenmək üçün hansısa sistemə, strategiyaya, elmi baxış bucağına malik olmaq lazım deyil. Kustar üsulla da olsa, bir yolunu tapıb 3 xalı aktivə yazmaq gərəkdi. Ötən tur "Qarabağ" bunun yolunu göstərdi. Onlar 5 top vurmuşdu, siz minimum 1 dəfə buna nail olmalı idiniz. Bacarmadız, məsuliyyət də sizin üzərinizdədi. Kubokda mümkün uğursuzluq qeyd olunan perspektivi artıq retrospektivə çevirəcək.

Ehtiyatlı və hazır olun.

Kənan Məstəliyev

Xəbər 1743 dəfə oxunub.



02.04.2025  17:07 

Xatirənin bu geyimi tənqid olundu

02.04.2025  13:53 

Cavidşünaslıqda yeni mərhələ

02.04.2025  13:21 

Bakının sabahkı havası - Proqnoz

02.04.2025  12:17 

Baxışımdan od al, isin!

01.04.2025  19:00 

Bakıda 100 minlik dələduzluq

01.04.2025  18:57 

Bakının axşam tıxacı - SİYAHI


BÜTÜN XƏBƏRLƏR +