Daha 3 şəxs Rusiyadan Azərbaycana ekstradisiya olundu
Əvəz Zeynallının azadlıqda İLK FOTOSU
Vilayət Eyvazov iclas keçirdi, tapşırıqlar verdi
Azərbaycan milli mətbuatının 150 illik yubileyi keçiriləcək
İlham Əliyev ATƏT-in Baş katibini qəbul edib
Azərbaycan Pakistanı dəstəkləyir - Politoloq
İran Donald Trampı aradan götürmək istəyir
İcra hakimiyyəti Novruz şənliyi üçün apreldə tender keçirib
Meyxanaçı həbs edilib - Gəncədə...
Yarım milyonluq kibercinayətkarlıq - Bakıda...


18.02.2024  05:27 

Devid Kemeron Folklend adalarına səfər edəcək





A+  A-

Böyük Britaniyanın xarici işlər naziri Devid Kemeron Amerika qitəsinə səfərinə başlamazdan əvvəl yaxın günlərdə Folklend adalarına (Malvin adalarına) səfər edəcək.

Xəzərnews.az xəbər verir ki, bu barədə Böyük Britaniya Xarici İşlər Nazirliyinin yaydığı məlumatda deyilir.

“Folklend adaları Britaniya ailəsinin dəyərli bir hissəsidir və aydın şəkildə bəyan edirik ki, onlar bu ailənin bir hissəsi olaraq qalmaq istədikcə, onların suverenliyi müzakirə oluna bilməz”, – nazir səfəröncəsi söyləyib.

Orada o, yerli hakimiyyət orqanları ilə görüşəcək və Folklend müharibəsi zamanı həlak olmuş britaniyalı hərbçilərin xatirəsini yad edəcək.

Kemeronun proqramına Braziliyaya səfərləri də daxildir, o, fevralın 21-22-də Rio-de-Janeyroda G20 ölkələrinin XİN başçılarının görüşündə iştirak edəcək, Paraqvay və ABŞ-yə səfər edəcək.

Qeyd edək ki, Atlantik okeanının cənub-qərbində yerləşən Folklend adaları (Malvin adaları) 200 ildir ki, Argentina və Böyük Britaniya arasında ərazi mübahisəsinin predmeti olub. 1982-ci ilin aprelində ölkələr arasında silahlı qarşıdurma baş verib. Argentina iki ay yarım davam etmiş döyüşlərdə 649 hərbi qulluqçusunu itirərək yenilib. Britaniya tərəfinin itkiləri 255 nəfər təşkil edib.//report

Xəbər 1031 dəfə oxunub.




25.04.2025  11:21 

18 yaşın mübarək, Qaynarinfo!

25.04.2025  11:17 

Prezident Kaya Kallası qəbul etdi


BÜTÜN XƏBƏRLƏR +