Daha 3 şəxs Rusiyadan Azərbaycana ekstradisiya olundu
Əvəz Zeynallının azadlıqda İLK FOTOSU
Vilayət Eyvazov iclas keçirdi, tapşırıqlar verdi
Azərbaycan milli mətbuatının 150 illik yubileyi keçiriləcək
İlham Əliyev ATƏT-in Baş katibini qəbul edib
Azərbaycan Pakistanı dəstəkləyir - Politoloq
İran Donald Trampı aradan götürmək istəyir
İcra hakimiyyəti Novruz şənliyi üçün apreldə tender keçirib
Meyxanaçı həbs edilib - Gəncədə...
Yarım milyonluq kibercinayətkarlıq - Bakıda...


22.01.2024  00:23 

Qazaxıstanda vahid saat qurşağı tətbiq ediləcək





A+  A-

Martın 1-dən bütün Qazaxıstanda vahid saat qurşağı tətbiq ediləcək.

Xəzərnews.az xəbər verir ki, bununla bağlı hökumətin “Qazaxıstan Respublikası ərazisində vaxtın hesablanması qaydası haqqında” qərarında müvafiq dəyişikliklər edilib.

Beləliklə, 5-ci saat qurşağı (UTC+5) Qazaxıstan Respublikasının bütün ərazisinə tətbiq ediləcək.

“Astana, Almatı, Çimkənt, Akmola, Cambıl, Qaraqanda, Kostanay, Pavlodar, Şimali Qazaxıstan, Türküstan, Şərqi Qazaxıstan vilayətləri və Abay, Jetisu, Ulıtau rayonlarında 2024-cü il 29 fevraldan 1 marta keçən gecə vaxt 1 saat geri çəkilməlidir”, - sənəddə qeyd olunur.

Qeyd edək ki, bu gün Qazaxıstanda iki saat qurşağı UTC+5 və UTC+6 var. Ölkə ərazisinin böyük hissəsi (qərb rayonları istisna olmaqla) UTC+6 zonasında yerləşir.

Xəbər 1001 dəfə oxunub.




25.04.2025  11:21 

18 yaşın mübarək, Qaynarinfo!

25.04.2025  11:17 

Prezident Kaya Kallası qəbul etdi


BÜTÜN XƏBƏRLƏR +