Daha 3 şəxs Rusiyadan Azərbaycana ekstradisiya olundu
Əvəz Zeynallının azadlıqda İLK FOTOSU
Vilayət Eyvazov iclas keçirdi, tapşırıqlar verdi
Azərbaycan milli mətbuatının 150 illik yubileyi keçiriləcək
İlham Əliyev ATƏT-in Baş katibini qəbul edib
Azərbaycan Pakistanı dəstəkləyir - Politoloq
İran Donald Trampı aradan götürmək istəyir
İcra hakimiyyəti Novruz şənliyi üçün apreldə tender keçirib
Meyxanaçı həbs edilib - Gəncədə...
Yarım milyonluq kibercinayətkarlıq - Bakıda...


10.04.2023  12:39 

Ölkədə yaşı 10 ildən çox olan maşınların payı 83,1%-ə yüksəlib





A+  A-

Nazirlər Kabinetinin 94 saylı Qərarı ilə aprel ayının 28-dən etibarən yaşı 10 ildən çox olan minik avtomobillərinin Azərbaycan ərazisinə gətirilməsi qadağan ediləcək. Bu Qərar istər-istəməz diqqəti ölkədə avtomobil parkının yaşına yönəldir.

XəzərNews.az xəbər verir ki, bu barədə məlumatı iqtisadçı Samir Əliyev Dövlət Statistika Komitəsinə istinadən yayıb.

Məlum olur ki, yaşı 10-dan çox olan maşınların sayı və payı sürətlə artır. Xüsusilə də devalvasiya bu prosesə öz təhfəsini verib.

Məsələn, 2014-cü ildə minik maşınlarının 62%-nin yaşı 10 ildən çox olduğu halda 2021-ci ildə 80,2%-ə, 2022-ci ildə 83,1%-ə yüksəlib. Yaşı 5 ildən az olan maşınların payı isə 17%-dən 4,7%-ə düşüb. Təsəvvür edin ki, devalvasiyadan əvvəl hər 6-cı maşın yeni olduğu halda 2021-ci ildə hər 21-ci maşının yeni olub. Hər 10 maşının 8-nin isə yaşı 10 ildən çoxdur.

Minik avtomobillərinin sayı 22,7% artıb. Bunlardan 5 ilə qədər yaşı olan avtomobillərin sayı 66,1%, 5 ildən 10 ilə qədər olan avtomobillərin sayı 11,8% azalıb, 10 il və yuxarı olan avtomobillərin sayı 58,7% artıb.

Avtobusların sayı 0,4% azalıb. Bunlardan 5 ilə qədər yaşı olan avtobusların sayı 53,3%, 5 ildən 10 ilə qədər olan avtomobillərin sayı 33,7% azalıb, 10 il və yuxarı olan avtomobillərin sayı isə 13% artıb.

Yük maşınlarının sayı 14,3% artıb. Bunlardan 5 ilə qədər yaşı olan maşınların sayı 69,5%, 5 ildən 10 ilə qədər olan maşınların sayı 51,5% azalıb, 10 il və yuxarı olan maşınların sayı isə 41,4% artıb.

Xəbər 972 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

25.04.2025  11:21 

18 yaşın mübarək, Qaynarinfo!

25.04.2025  11:17 

Prezident Kaya Kallası qəbul etdi


BÜTÜN XƏBƏRLƏR +