Daha 3 şəxs Rusiyadan Azərbaycana ekstradisiya olundu
Əvəz Zeynallının azadlıqda İLK FOTOSU
Vilayət Eyvazov iclas keçirdi, tapşırıqlar verdi
Azərbaycan milli mətbuatının 150 illik yubileyi keçiriləcək
İlham Əliyev ATƏT-in Baş katibini qəbul edib
Azərbaycan Pakistanı dəstəkləyir - Politoloq
İran Donald Trampı aradan götürmək istəyir
İcra hakimiyyəti Novruz şənliyi üçün apreldə tender keçirib
Meyxanaçı həbs edilib - Gəncədə...
Yarım milyonluq kibercinayətkarlıq - Bakıda...


29.07.2021  17:32 

İrandan sərhəddəki vəziyyətə reaksiya





A+  A-

“İran regionda sülhün bərqərar olması üçün kömək etməyə hazırdır”.
XəzərNews.az “Mehr” agentliyinə istinadən xəbər verir ki, bunu İranın Xarici İşlər Nazirliyinin rəsmi sözçüsü Səid Xətibzadə deyib.

Xətibzadə Azərbaycanla Ermənistan arasında sərhəd qarşıdurmalarının davam etməsindən narahatlığını ifadə edib.

O, qarşıdurmalar nəticəsində həlak olan və yaralılarla bağlı başsağlığı verib, hər iki tərəfi təmkinli olmağa çağırıb və sərhədlə bağlı mübahisələrin dinc yolla həll olunmasının vacibliyini vurğulayıb.

XİN rəsmisi, həmçinin hər iki ölkənin gərginlik və qarşıdurmaların aradan qaldırılmasının və tərəflərin beynəlxalq səviyyədə tanınmış sərhədlərə hörmət etməsinin vacibliyini qeyd edib.

O, İranın bölgədə davamlı sülhün bərqərar olmasına kömək etməyə hazır olduğunu deyərək, Cənubi Qafqaz regionunda ən qısa müddətdə davamlı sülhə nail olmağın vacibliyini vurğulayıb.

Xəbər 2132 dəfə oxunub.




25.04.2025  11:21 

18 yaşın mübarək, Qaynarinfo!

25.04.2025  11:17 

Prezident Kaya Kallası qəbul etdi


BÜTÜN XƏBƏRLƏR +