Daha 3 şəxs Rusiyadan Azərbaycana ekstradisiya olundu
Əvəz Zeynallının azadlıqda İLK FOTOSU
Vilayət Eyvazov iclas keçirdi, tapşırıqlar verdi
Azərbaycan milli mətbuatının 150 illik yubileyi keçiriləcək
İlham Əliyev ATƏT-in Baş katibini qəbul edib
Azərbaycan Pakistanı dəstəkləyir - Politoloq
İran Donald Trampı aradan götürmək istəyir
İcra hakimiyyəti Novruz şənliyi üçün apreldə tender keçirib
Meyxanaçı həbs edilib - Gəncədə...
Yarım milyonluq kibercinayətkarlıq - Bakıda...


19.01.2018  16:45 

Abşeron RİH-dən AÇIQLAMA: “O video şantaj xarakteri daşıyır”





A+  A-

“Bu günlərdə “Facebook” sosial şəbəkəsində Abşeron rayonunda evi sökülən sakin haqqında video yayılıb. Bu video həqiqətdən uzaq, şantaj, təxribat xarakterli olmaqla birmənalı olaraq vəzifəli şəxslərin nufuzuna xələl gətirilməsinə hesablanmış bir addımdır”.
Bu barədə məlumatı XəzərNews.az-a Abşeron rayon İcra Hakimiyyətindən veriblər.

Məlumatda bildirilir ki, özünü Qarabağ əlili adlandıran həmin şəxs heç vaxt Abşeron rayon İcra Hakimiyyətində olmayıb, rayon rəhbərliyi ilə görüşməyib və onlarla ünsiyyət qurmayıb: “Videodakı vətəndaşın ev inşa etməyə çalışdığı ərazi tamamilə başqa bir şəxsə aiddir və başqasının ərazisində ev tikməyə cəhd edib. İki vətəndaş arasında olan məsələdə rayon İcra Hakimiyyətinin adının hallandırılması anlaşılan deyil. Eyni zamanda videodan da açıq-aydın görünür ki, həmin ərazidə heç bir yaşayış evi yoxdur. İkinci bir tərəfdən Abşeron rayon İcra Hakimiyyəti tərəfindən, ümumiyyətlə, söküntü işləri həyata keçirilmir və videoda səslənən fikirlərin heç biri həqiqətə uyğun deyil”.

Məlumatda daha sonra əlavə olunur ki, sözügedən ərazidə yaşayış evlərinin olmadığı da diqqətdən yayınmamalıdır: “Hər bir vətəndaş ölkənin qanunvericiliyinə hörmət etməli və qanunların tələblərini yerinə yetirməlidir. Bir daha qeyd etmək istərdik ki, sözügedən videoda səslənən fikirlər uydurulmuş, şantaj xarakteri daşıyaraq bu günə qədər aparılan məqsədli kampaniyanın tərkib hissəsidir”.

Xəbər 1603 dəfə oxunub.




25.04.2025  11:21 

18 yaşın mübarək, Qaynarinfo!

25.04.2025  11:17 

Prezident Kaya Kallası qəbul etdi


BÜTÜN XƏBƏRLƏR +