Bakıdan Varşavaya uçan təyyarə təcili geri qayıtdı
Cəhənnəmdə yanmağımızı istəyirlər - Azərbaycanlı reper
Anar Kərimov uzun fasilədən sonra göründü - Foto
Ekspert imtahan dəyişikliklərini tənqid etdi
Mən Rusiya agentinə aşiq oldum - Ukraynalı xanım
Tələbə qəbulu ilə bağlı dəyişikliklər necə olacaq?
Xəzərdə bir narkotik qaçaqmalçısı öldürüldü
Ukrayna rusiyalı iş adamının aktivlərini blokladı
Ukrayna PUA-ları Stavropolda kəşfiyyat obyektini vurdu
Məzahir Pənahov oğluna Los - Ancelesdə milyonluq villa alıb - Foto


20.02.2019  17:43 

Artur Rasizadə sükutu pozdu: “Onları görməyəndə çox pis oluram”





A+  A-

"Allah hamıya ömür versin ki, nəticələri ilə vaxt keçirə bilsin. Hazırda nəticələrimlə oynayıram və onları bir həftə görməyəmdə darıxıram”.
XəzərNews.az xəbər verir ki, bu sözləri azxeber.com-a açıqlamasında Azərbaycan Respublikasının sabiq Baş naziri Artur Rasizadə söyləyib.

O bildirib ki, vaxtının çoxunu mütaliə etmək və ailəsi ilə birgə keçirir: "Şükür Allaha ki, hər şey qaydasındadır. Vaxtımın çoxunu dünayada gedən prosesləri izləməklə keçirirəm. Bundan başqa köhnə əsərləri oxuyuram və vaxtaşırı olaraq klassik musiqilər dinləyirəm".

Artur Rasizadə nəticələri haqda da danışıb: "Zaman elə gətirdi ki, işlərimlə bağlı olaraq nəvələrimə çox vaxt ayıra bilmədim. Çalışıram ki, yerdə qalan ömrümü nəticələrimə həsr edim. Nəvələrim artıq böyükdür, mən günü nəticələrimə həsr edirəm. O gün olsun hamı üçün olsun. Onlarla birlikdə vaxt keçirmək mənim üçün ən böyük istirahətdir. Onları bir neçə gün görməyəndə çox pis oluram, görürəm ki, dəyişiblər, böyüyüblər".

Artur Rəsizadə zəngə görə də minnətdarlıq edib: "Siz sağolun ki, mənimlə maraqlandız, 2 gün öncə dedim ki, görəsən nə əcəb jurnalistlər mənimlə maraqlanmır, niyə məni axtarmır? Bu zəng məni çox sevindirdi, çox maraqlı gəldi. Allah hər birinizi qorusun, hamıdan çox razıyam".

Xatırladaq ki, Artur Rasizadə uzun müddət yüksək vəzifələrdə çalışıb. 1996-2017-ci illərdə arada qısa fasilə olmaqla Azərbaycan Respublikasının Baş naziri işləyib. Dahi Azərbaycan ədibi Hüseyn Cavidin qardaşı nəvəsi olan A.Rasizadə ölkəmizin ən peşəkar iqtisadçılarından sayılır.

Xəbər 1935 dəfə oxunub.




02.05.2025  13:53 

Krıma dron hücumu - Foto

02.05.2025  11:41 

Baş nazir yeni qərar imzaladı


BÜTÜN XƏBƏRLƏR +