Ərdoğan gələn ay Azərbaycana səfər edəcək
Daha 3 şəxs Rusiyadan Azərbaycana ekstradisiya olundu
Əvəz Zeynallının azadlıqda İLK FOTOSU
Vilayət Eyvazov iclas keçirdi, tapşırıqlar verdi
Azərbaycan milli mətbuatının 150 illik yubileyi keçiriləcək
İlham Əliyev ATƏT-in Baş katibini qəbul edib
Azərbaycan Pakistanı dəstəkləyir - Politoloq
İran Donald Trampı aradan götürmək istəyir
İcra hakimiyyəti Novruz şənliyi üçün apreldə tender keçirib
Meyxanaçı həbs edilib - Gəncədə...


23.04.2025  10:33 

Gömrükdən büdcəyə daxil olan vəsaitlər niyə azalır?





A+  A-

Bu ilin yanvar-mart ayları ərzində Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə dövlət büdcəsinə 1 milyard 430,5 milyon manat (841,5 milyon dollar) vergi və rüsum daxil olub.

XəzərNews.az Yeniavaz.com-a istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,7% və ya 39,4 milyon manat azdır.

Qeyd edək ki, ötən ilin yanvar-mart aylarında gömrükdən dövlət büdcəsinə 1 milyard 469,9 milyon manat (864,6 milyon dollar) daxil olub.

Onu da bildirək ki, ötən ilin eyni dövrü ilə müqayisədə gömrükdən büdcəyə daxil olan vəsaitlər ümumi ticarət dövriyyəsinə, o cümlədən idxala nisbətdə də azalıb.

Belə ki, ötən ilin yanvar-mart aylarında xarici ticarət dövriyyəsi 9 milyard 696 milyon dollar, idxalın ümumi dəyəri isə 3 milyard 711,6 milyon dollar olub.

Bu isə o deməkdir ki, ötən ilin yanvar-mart aylarında büdcəyə daxil olan vəsait xarici ticarət dövriyyəsinin 9%-nə, idxalın isə 23,3%-nə bərabər olub.

Müqayisə üçün qeyd edək ki, bu ilin yanvar-mart aylarında xarici ticarət dövriyyəsi 12 milyard 49 milyon dollar, idxalın ümumi dəyəri isə 5 milyard 663 milyon dollar olub.

Nəticədə bu ilin yanvar-mart aylarında büdcəyə daxil olan vəsait xarici ticarət dövriyyəsinin 7%-ni, idxalın isə 14,8%-ni təşkil edib.

Xəbər 349 dəfə oxunub.




25.04.2025  11:21 

18 yaşın mübarək, Qaynarinfo!

25.04.2025  11:17 

Prezident Kaya Kallası qəbul etdi


BÜTÜN XƏBƏRLƏR +