Deyəcəksiniz ki, yox, bu hara, o hara?
Volkan Konak vəfat edib
Prezident 31 Martla bağlı paylaşım edib
Şeyx bayram namazında niyə iştirak etməyib? - AÇIQLAMA
Kişini cinsiyyət orqanından bıçaqladılar
Azərbaycanda Ramazan bayramı qeyd olunur
İmamoğlu üçün 2.2 milyon bir araya gəldi
Prezidentdən Ramazan bayramı paylaşımı - Foto
Kartof niyə sürətlə bahalaşır?
Kanalda batan 17 yaşlı qızın meyiti tapılıb


22.06.2020  11:20 

Sürücünü təpikləyən polislərlə bağlı araşdırma başlanıldı - VİDEO





A+  A-

Daxili İşlər Nazirliyi Masallı rayonunda traktor sürücüsünün saxlanılarkən döyülməsi hadisəsi ilə bağlı xidməti araşdırmalar aparır.
XəzərNews.az-ın məlumatına göprə, Baş Dövlət Yol Polisi İdarəsinin mətbuat katibi, polis polkovniki Kamran Əliyev “Qafqazinfo”ya açıqlamasında bildirib ki, sürücü idarə etdiyi traktorla təhlükəli hərəkətlər edərək polisə müqavimət göstərdiyi üçün cəzalandırılıb:

“Hadisə iyunun 19-da Masallı şəhəri ərazisində baş verib. Günün qaranlıq saatlarında otbiçən traktorla arxa qabarit işıqları əvəzinə biçin üçün güclü işıqdan istifadə etməklə digər sürücülərə təhlükəli vəziyyət yaratdığına görə yol polisləri tərəfindən sürücüyə saxlama işarəsi verilib. Lakin sürücü tabesizlik göstərərək qaçmağa cəhd edib.

Daha sonra yol polisləri sürücünü dayandıraraq sənədləri tələb etsələr də, sürücü sənədləri verməkdən imtina edərək polislərə müqavimət göstərməyə başlayıb.

Həmin vaxt polis əməkdaşları da fiziki qüvvə tətbiq edərkən sürücünü təpiklə vurublar. Sürücü Abdullayev Sədahin Əlihüseyn oğlunun sürücülük hüququ olmadığına və polislərə müqavimət göstərdiyinə görə o, inzibati qaydada məsuliyyətə cəlb edilib.

Səlahiyyətlərini aşaraq fiziki güc tətbiq edərkən vətəndaşı təpiklə vurduqlarına görə polis əməkdaşlarının barəsində isə araşdırmalara başlanılıb.

Araşdırmalar nəticəsində həmin polis əməkdaşları da ciddi intizam məsuliyyətinə cəlb olunacaqlar.

BDYPİ-nin şöbə rəisi, polis polkovniki Kamran Əliyev bildirib ki, faktla bağlı artıq aidiyyəti xidmət tərəfindən araşdırmalara başlanılıb”.



Xəbər 2151 dəfə oxunub.





31.03.2025  09:31 

Volkan Konak vəfat edib

30.03.2025  14:43 

Kral İlham Əliyevi təbrik edib

29.03.2025  19:07 

Kartof niyə sürətlə bahalaşır?

29.03.2025  10:21 

Qrenlandiya ABŞ-a niyə lazımdır?


BÜTÜN XƏBƏRLƏR +