Britaniyadan Ukraynaya 589 milyon dollarlıq hərbi yardım
Yaşıllıqları qanunsuz kəsdilər
Amin Quliyev Tailanda Dünya Kubokunu qazandı
“Bolt” yalan danışır?
AFFA-nın 33 milyonu və futbolumuzun “inkişafı”
İlham Əliyevin Əhməd Əl Şaraa ilə görüşü olub
Bank kartlarımız necə talanır? - AÇIQLAMA
İmamoğlu ifadə verdi: “Niyə buradayam?“
Qalib Toğrul da istintaqa cəlb edildi
Hansı şəxsləri 7 min manatlıq cərimə gözləyir?


01.02.2017  13:43 

Milli Məclisdə GƏRGİNLİK: “Heç olmasa oturduğunuz stula hörmət edin”





A+  A-

 

Millət vəkili Siyavuş Novruzov bəzi deputat həmkarlarını sərt tənqid edib.

XəzərNews.az-ın məlumatına görə, millət vəkili qeyd edib ki, mətbuatda bəzi həmkarları deyirlər ki Milli Məclis işləmir:

“İşləmirsənsə niyə buradan əməkhaqqı, mükafat alırsan?! Bizim payız sessiyasında nə qədər qanunlar qəbul olunub. Biz indi neyniyək? Divar hörməliyikmi? Başqası deyir ki, komanda dəyişməlidir. Komandanın sahibi var. Bu cənab prezidentin komdandasıdır. Bu komanda nə qədər işlər görüb. Bunların birinin funksiyasını yerinə yetirə bilərsənmi? İki gün mətbuatda qalmaq üçün belə edirsiniz. Türkiyəyə baxıb coşursunuz. Biz prezident respublikasıyıq. İcra funksiyasını icra qurumları yerinə yetirir. Yetirməyən isə dərhal həbs edilir. Hər bir insan çıxış edəndə oturduğu stula heç olmasa hörmət etsin. Vaxt var idi ki, burada 4 adam bir otaqda otururudu. 8 adama bir telefon düşürdü. Otur işlə. Qanun hazırla və cəmiyyətə təqdim elə. “Biz qabaqcadan demişdik, iki il bundan əvvəl demişdik” deyirsiniz. Nə demişdiniz?! Hamımız burada idik. Hesab edirəm ki bundan sonra belə məsələlərə yol verməyə ehtiyac yoxdur”.

““Heç olmasa oturduğunuz stula hörmət edin”  -  Milli Məclisdə gərginlik

S, Novruzov həmçinin mobil rabitə ilə ciddi problemlər yaşandığını qeyd edib: “Hər axşam xarici nömrələrdən zənglər gəlməyə başlayır. “Ərəb baharı”nda da belə olmuşdu. Bunlar ilkin mesajlar idi”.

Deputat sonda Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərova müraciət edərək bildirib ki, informasiya təhlükəziliyi məsələsinə yenidən baxılsın.

Bundan əlavə deputat siyasi partiyaları hesabat verməyə çağırıb: “Hesabat vermirlər, kifayət qədər cangündənləri, işçiləri var. Təbii ki, onlar hava ilə dolanmırlar”.



Xəbər 1154 dəfə oxunub.



11.04.2025  16:32 

“Bolt” yalan danışır?

11.04.2025  14:05 

Sabahın havası: Yağmursuz...

11.04.2025  11:53 

Xanlar Vəliyev hakim təyin edilib

11.04.2025  08:20 

Ermənilər atəşkəsi pozub


BÜTÜN XƏBƏRLƏR +