Bakıda 100 minlik dələduzluq
Bakının axşam tıxacı - SİYAHI
“Abzas Media” işi ilə bağlı məhkəmə prosesi keçirilib
Vahid Ələkbərov Rusiyanın ən varlı adamı oldu
Rusiyaya casusluq edən ukraynalı Polşada saxlanıldı
İsveçrə Rusiyanın 8,38 milyard dollarlıq aktivlərini dondurub
“Kanal S”in aparıcısını ağ yuyub, qara sərdilər - RƏY
“Top Qapı” restoranında təmir və kabab... - Foto
Kadırov 17 yaşlı oğlunu DİN-nin kuratoru təyin edib
“Melissa Group”da mənzillərin satışı dayandırıldı


07.10.2024  12:15 

ABM Məktəblərinin ikinci filialı fəaliyyətə başlayıb





A+  A-

Oktyabrın 7-də Azərbaycan Beynəlxalq Maarif Məktəblərinin Gənclik kampusunda açılış mərasimi keçirilib.

Xəzərnews.az xəbər verir ki, açılış tədbirində Türkiyə Maarif Vəqfinin İdarə Heyətinin sədri Prof. Dr. Birol Akgün, Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Dos.Dr. Cahit Bağcı, Elm və təhsil nazirinin müavini Həsən Həsənli, Türkiyə Maarif Vəqfinin Azərbaycan üzrə ölkə təmsilçisi Dr. Serdar Gündoğan, Millət vəkilləri, iş adamları və qeyri-hökumət təşkilatlarının rəhbərləri iştirak ediblər.

Beynəlxalq təhsil proqramının intensiv tədris olunduğu Azərbaycan Beynəlxalq Maarif Məktəbləri yeni kampusu ilə birlikdə 1000-ə yaxın şagirdə təhsil imkanları təqdim edir. Məktəb ağıllı lövhələrlə quraşdırılmış sinif otaqları, T3 Vəqfi ilə birgə qurulmuş “Bilim-Maarif” otağı, laboratoriyalar, kitabxana, emalatxanalar, idman zalı, konfrans zalı və yeməkxana ilə təmin olunub.

Türkiyə Maarif Vəqfinin peşəkar heyəti tərəfindən hazırlanan Beynəlxalq Maarif təhsil standartına əsasən məktəbəqədər, ibtidai, orta və tam orta təhsil imkanları təklif edən yeni kampusda əsas fənlərlə yanaşı, dərsdənkənar dərnəklər də fəaliyyət göstərəcək. Maarif məzunları Türkiyənin dövlət universitetlərinə daxil olduğu zaman təhsil haqqından tamamilə azad olur.

Qeyd edək ki, Türkiyə Böyük Millət Məclisi tərəfindən 6721 saylı qanunla qurulan Türkiyə Maarif Vəqfi xaricdə Türkiyə adından təhsil müəssisələri açma səlahiyyətinə malik dövlət qurumudur. Qədim Anadolu irfanını mənimsəmiş, müasir elmi bilikləri öyrənən və tətbiq edən, vicdanlı, ağıllı, aktiv və iradəli xarakterə sahib ərdəmli insanlar yetişdirməyi hədəfləyən Türkiyə Maarif Vəqfinin dünyanın 54 ölkəsində yerləşən 477 təhsil müəssisəndə 52 mindən çox şagird təhsil alır.

Pənah
Xəzərnews.az


Xəbər 4923 dəfə oxunub.




01.04.2025  19:00 

Bakıda 100 minlik dələduzluq

01.04.2025  18:57 

Bakının axşam tıxacı - SİYAHI

01.04.2025  14:57 

Sabah gündüz 25° isti olacaq

01.04.2025  14:43 

Qara dənizdə atəşkəs var?

01.04.2025  13:58 

Annalena Baerbok Ukraynaya gedib

01.04.2025  13:14 

Mən niyə "supa oturmuşam?"


BÜTÜN XƏBƏRLƏR +