Prezident Şəfiqə Məmmədovanı qəbul edib
“Milyarderə bax da sən!” - Fərhad Əhmədov tənqid olundu
Şəfiqə Məmmədova təltif edildi
Rusiya “Dnepr“i vurdu, 4 ölü, 13 yaralı var
Dağıdılan evdən nə xəbər? - VİDEO
Milyonluq avtomobil ilə qəza şəraiti yaratdı - VİDEO
Azərbaycana ən çox hansı ölkələrdən pul köçürülüb?
Zelenski: Putin mənimlə danışıqlardan qorxur
Qrenlandiya ABŞ-a niyə lazımdır?
58 yaşlı kişi özünü tövlədə asıb


16.08.2021  12:48 

Ev sahibinin əl-qolunu bağlayıb 6 manatını apardılar





A+  A-

Şəmkirdə naməlum şəraitdə baş vermiş quldurluq hadisəsini törədən şəxslərin kimliyi məlum olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən XəzərNews.az-a verilən məlumata görə, Polis Şöbəsinə rayonun Yuxarı Seyfəli kənd sakininin yaşadığı fərdi yaşayış evinə naməlum şəxslərin qeyri-qanuni yolla daxil olması, ev sahibinin əl-qolunu bağlaması, pul və qızıl-zinət əşyaları tələb etməsi barədə məlumat daxil olub.

Polis əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb və hadisəni törətməkdə şübhəli bilinən şəxslərin kimliyi müəyyən edilib.

Araşdırmalar zamanı məlum olub ki, rayon sakini Salman Mustafayev tanışları- Nizami Əhmədzadə, Rasim Süleymanov və qardaşı oğlu Eynur Mustafayev ilə birlikdə əvvəlcədən planlaşdırdıqları plan üzrə 3 müxtəlif avtomobil ilə Seyfəli kəndinə gəliblər. Salman və Eynur Mustafayevlər evin kənarında gözətçilik edib, Nizami Əhmədzadə və Rasim Süleymanov evə qanunsuz daxil olaraq ev sahibinin əllərini, ayaqlarını və ağzını yapışqanlı lentlə bağlayıb, sonuncuya müxtəlif xəsarətlər yetirərək pul və qızıl zinət əşyaları tələb etmiş heç nə tapmadıqda isə ev sahibinin cibindəki 6 manat nağd pulu götürərək hadisə yerini tərk ediblər.

Bundan başqa quldurluq hadisəsini törətməkdə şübhəli bilinən Salman Mustafayev saxlanılan zaman onun yaşadığı fərdi yaşayış evindən 1 ədəd istifadəyə yararlı “TT” markalı tapança, həmin tapançaya məxsus 1 ədəd sandıqca və 9 ədəd atəşə yararlı patron aşkar edilərək götürülüb.

Şübhəli şəxslər maddi sübutlar ilə birlikdə istintaqa təhvil verilib, faktla bağlı araşdırmalar davam etdirilir.

Xəbər 1973 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

29.03.2025  10:21 

Qrenlandiya ABŞ-a niyə lazımdır?

27.03.2025  13:34 

Bakıda 17 dərəcə isti olacaq


BÜTÜN XƏBƏRLƏR +