“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video
Kəmaləddin Heydərov idarə rəisini vəzifəsindən azad etdi
Polis Əkrəm İmamoğlunu neçə gün saxlayacaq?
Tramp ABŞ-nin NATO-dakı bu ştatını ləğv edir
Sahibə Qafarova “Şərəf” ordeni ilə təltif edilib
“Heç kim toxunulmaz deyil” - Dövlət Baxçalı
İmamoğlu ilə birgə saxlanılanlar... - SİYAHI
“Rosemary Inn” otelinın fəaliyyəti dayandırıldı
Sabahdan Azərbaycanda 12 günlük tətil başlayır


29.05.2020  19:25 

Meymunlar koronavirus analizlərini oğurlayıb qaçdı - VİDEO





A+  A-

Hindistanın Uttar-Pradeş ştatında qeyri- adi hadisə baş verib.
XəzərNews.az “İndia Today”ə istinadən xəbər verir ki, Hindistanın Mirut şəhərində koronavirus testi üçün alınan qan nümunələrini laboratoriyaya aparan bir işçiyə küçədə meymunlar hücum edib. Daha sonra isə onlar 3 test nümunəsini işçinin əlindən oğurlayaraq qaçıblar. Hindistan mətbuatında yayılan videoların birində isə meymunlardan birinin ağaca çıxaraq test dəstlərini çeynədiyi görüntülənib.

Həkimlər nümunələrdə koronavirus olduğu təqdirdə, xəstəliyin meymunlara ötürülə biləcəyindən narahatdırlar. Bildirilib ki, əvvəllər də meymunların bu mərkəzdən müxtəlif əşyaları oğurlamaqları müşahidə olunub. Polis test dəstlərinin meymunlar tərəfindən oğurlandığını təsdiqləyib, ancaq meşə departamentinə xəbər verilməsinə baxmayaraq, onların hələ də tutulmadığı bildirilib.

Bölgə rəhbərliyi hadisə ilə bağlı istintaq başladıb.



Xəbər 2175 dəfə oxunub.





18.03.2025  16:08 

Ərzaq bazarında bahalaşma var


BÜTÜN XƏBƏRLƏR +