“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video
Kəmaləddin Heydərov idarə rəisini vəzifəsindən azad etdi
Polis Əkrəm İmamoğlunu neçə gün saxlayacaq?
Tramp ABŞ-nin NATO-dakı bu ştatını ləğv edir
Sahibə Qafarova “Şərəf” ordeni ilə təltif edilib
“Heç kim toxunulmaz deyil” - Dövlət Baxçalı
İmamoğlu ilə birgə saxlanılanlar... - SİYAHI
“Rosemary Inn” otelinın fəaliyyəti dayandırıldı
Sabahdan Azərbaycanda 12 günlük tətil başlayır


16.03.2020  13:32 

İran sərhədini pozanlar saxlanılıb





A+  A-

Martın 12-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin, Astara rayonunun Sım kəndi yaxınlığındakı sərhəd zastavasının xid­­məti sahəsində İran İslam Respublikasından Azərbaycana doğru dövlət sərhədinin pozulmasına cəhdin qarşısı alınıb.
XəzərNews.az xəbər verir ki, geriyə qaçan sərhəd pozucularının hərəkət marşrutu üzrə ərazidə axtarış aparılarkən 1 ədəd ağ rəngli bağlamada 2 kq heroin və 500 qr metamfetamin aşkar olunaraq götürül­üb.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Bildirilib ki, son bir ay ərzində dövlət sərhədindən buraxılış məntəqələrində 20 əcnəbinin, o cümlədən 4 İran, 4 Konqo, 3 Pakistan, 2 Özbəkistan, 2 Hindistan, 1 Türkiyə, 1 Tacikistan, 1 Qvineya, 1 Şri-Lanka və 1 Moldova vətəndaşının sənədlərinin saxtalaşdırılması halları müəyyən edilərək müvafiq tədbirlər görülüb.

Xəbər 1719 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

18.03.2025  16:08 

Ərzaq bazarında bahalaşma var


BÜTÜN XƏBƏRLƏR +