Hafiz Həsənov ev dustağı oldu
İsmayıllıda intihar hadisəsi baş verib
Əbülfəz Səricanov DTX tərəfindən saxlanıldı
Yol polisi radara düşdü, cərimə vətəndaşa gəldi
Mövqelərimiz atıcı silahlardan atəşə tutuldu
Mövqelərimiz Keşişkənd istiqamətindən atəşə tutuldu
Seyran Səxavət Məleykə Abbaszadəyə şərt qoydu
İmamoğlu kimi itin-qurdun yanında olan... - Deputat
“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video


20.10.2021  15:25 

“Nar” ən böyük Azərbaycandilli səsli kitabxanaya dəstəyini davam etdirir





A+  A-

“Nar”ın dəstəyi ilə ölkənin ən böyük səsli ədəbiyyat kitabxanası olan “Canlı kitab” layihəsi davam edir. “Radio Antenn" 101 FM-lə birgə hazırlanan layihə çərçivəsində indiyədək dünya və Azərbaycan ədəbiyyatından 39 müəllifin 329 əsəri ana dilimizdə audiokitab şəklində “YouTube” kanalında yerləşdirilib.

XezerNews.az xəbər verir ki, müxtəlif janrlarda və həcmlərdə olan bədii əsərləri “Canlı kitab” kanalında “Nar”ın yüksəksürətli interneti vasitəsilə istənilən yerdən rahatlıqla dinləmək olar.

Layihə həftənin şənbə və bazar günləri saat 12:00-dan 14:00-dək “Radio Antenn” 101 FM dalğasında, eyni zamanda radionun və “Canlı kitab” verilişinin rəsmi “Facebook” səhifələrində canlı yayımlanır, daha sonra antenn.az və “YouTube” səhifəsində yerləşdirilir.

Qeyd edək ki, layihənin məqsədi mütaliəni hər kəs, o cümlədən, görmə məhdudiyyətli şəxslər üçün daha əlçatan etməkdir. Layihə çərçivəsində əsərlərin toplandığı elektron daşıyıcıların görmə qabiliyyətini itirmiş və görmə qabiliyyəti zəif olan insanlara paylanması nəzərdə tutulur.

Xəbər 1766 dəfə oxunub.




21.03.2025  11:59 

Hafiz Həsənov ev dustağı oldu


BÜTÜN XƏBƏRLƏR +