Hafiz Həsənov ev dustağı oldu
İsmayıllıda intihar hadisəsi baş verib
Əbülfəz Səricanov DTX tərəfindən saxlanıldı
Yol polisi radara düşdü, cərimə vətəndaşa gəldi
Mövqelərimiz atıcı silahlardan atəşə tutuldu
Mövqelərimiz Keşişkənd istiqamətindən atəşə tutuldu
Seyran Səxavət Məleykə Abbaszadəyə şərt qoydu
İmamoğlu kimi itin-qurdun yanında olan... - Deputat
“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video


16.05.2021  14:54 

Azərbaycanda QİÇS xəstələrinin sayı açıqlandı





A+  A-

İndiyə qədər Azərbaycanda İİV infeksiyasından 1119 nəfər vəfat edib.
XəzərNews.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb. Bildirilir ki, Azərbaycanda ilk dəfə İİV-infeksiyasının aşkar edildiyi 1987-ci ildən 2021-ci ilin 4 ayının sonunadək, Respublika QİÇS-lə Mübarizə Mərkəzində 7449 nəfər İİV-lə yaşayan insan rəsmi qeydiyyatdadır. Onlardan 5198-i (69,8%) kişi, 2251-si (30,2%) qadındır.

QİÇS mərhələsində olan vətəndaşların sayı 1889 nəfər, İİV-infeksiyasından dünyasını dəyişmiş vətəndaşların sayı isə 1119 nəfərdir.

Respublika QİÇS-lə Mübarizə Mərkəzində 08.11.2006-cı il tarixdən tətbiq edilən antiretrovirus terapiyaya 6627 insan cəlb olunub, onlardan 211 nəfərin müalicəsinə 2021-ci ilin ilk 4 ayı ərzində başlanılıb.

Xatırladaq ki, hər il may ayının üçüncü istirahət günü QİÇS-dən dünyasını dəyişən insanların Ümumdünya Xatirə Günü kimi qeyd edilir.

Xəbər 2146 dəfə oxunub.




21.03.2025  11:59 

Hafiz Həsənov ev dustağı oldu


BÜTÜN XƏBƏRLƏR +