“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video
Kəmaləddin Heydərov idarə rəisini vəzifəsindən azad etdi
Polis Əkrəm İmamoğlunu neçə gün saxlayacaq?
Tramp ABŞ-nin NATO-dakı bu ştatını ləğv edir
Sahibə Qafarova “Şərəf” ordeni ilə təltif edilib
“Heç kim toxunulmaz deyil” - Dövlət Baxçalı
İmamoğlu ilə birgə saxlanılanlar... - SİYAHI
“Rosemary Inn” otelinın fəaliyyəti dayandırıldı
Sabahdan Azərbaycanda 12 günlük tətil başlayır


07.11.2018  13:39 

“Elə bələdiyyələr var ki, çoxlu borcu yığılıb...”





A+  A-

“Subvensiya formasında bələdiyyələrin borcunun silinməsi yaxşı olardı. Elə bələdiyyələr var ki, çoxlu borcu yığılıb və onlar il ərzində fəaliyyət göstərə bilməyəcəklər”.
XəzərNews.az xəbər verir ki, bunu parlamentin Regional komitəsinin sədri Arif Rəhimzadə büdcə müzakirələri zamanı çıxışında qeyd edib. O bildirib ki, gələn ilin büdcəsindən bələdiyyələrə ayrılan vəsaitin miqdarı artırılıb: “Bu rəqəm 7,7 milyona çatdırılıb. Həmçinin bələdiyyələrə subvensiya formasında yarım milyon manat pul ayrılıb. Ancaq burada çətinlik var. Bələdiyyələr bunun üçün 2018-ci ilin mart ayına kimi sənədlərlə müraciət etməli idilər. Xahişim ondna ibarətdir ki, vaxt keçsə də, elə etmək lazımdır ki, bələdiyyələr 500 min manat subvensiya formasında bu pulu ala bilsin.

Bundan əlavə, bələdiyyələrin Dövlət Sosial Müdafiə Fonduna borcları var. Bələdiyyələr işçi saxlamadıqları halda, müəyyən rəqəmlər yazıblar. Bu borclar da bundan irəli gəlib. Dotasiyaların bir hissəsi subvensiya kimi verilsə daha yaxşı olardı. Həmçinin subvensiya formasında bələdiyyələrin borcunun silinməsi yaxşı olardı. Elə bələdiyyələr var ki, çoxlu borcu yığılıb və onlar il ərzində fəaliyyət göstərə bilməyəcəklər”.

Xəbər 1741 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

18.03.2025  16:08 

Ərzaq bazarında bahalaşma var


BÜTÜN XƏBƏRLƏR +