Hafiz Həsənov ev dustağı oldu
İsmayıllıda intihar hadisəsi baş verib
Əbülfəz Səricanov DTX tərəfindən saxlanıldı
Yol polisi radara düşdü, cərimə vətəndaşa gəldi
Mövqelərimiz atıcı silahlardan atəşə tutuldu
Mövqelərimiz Keşişkənd istiqamətindən atəşə tutuldu
Seyran Səxavət Məleykə Abbaszadəyə şərt qoydu
İmamoğlu kimi itin-qurdun yanında olan... - Deputat
“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video


17.11.2017  13:06 

Əmrə tabe olmayan məmur oğlu avtoxuliqan Elvin kimdir? - FOTO





A+  A-

Ötən gecə Bakının Nərimanov rayonunda "BMW” markalı avtomobilin sürücüsünün sərxoş halda avtoxuliqanlıq etdiyini xəbər vermişdik. Hadisə Bakı şəhəri ərazisində reyd aparılan zaman qeydə alınıb.
Belə ki, Heydər Əliyev prospektində "10-LJ-600” dövlət qeydiyyat nişanlı "BMW” markalı avtomobilin sürücüsü Adıgözəlov Elvin Nüsrət oğlu yüksək sürətlə manevr qaydalarını pozduğuna görə, Yol Patrul Xidmətinin 99-YP-481 dövlət qeydiyyat nişanlı xidməti avtomobilində olan yol polis əməkdaşları "Saxla!” əmri verib.

Lakin, sürücü avtomobili saxlamayaraq yol polis əməkdaşlarına müxtəlif bəhanələr gətirib. Polislərə heç bir sənəd təqdim etməyib. İnspektor ondan kəskin spirt qoxusunun gəldiyinə görə Alkaqol sərxoşluğunun yoxlanmılması mətnəqsinə dəvt edib. Sürücü heç bir söz demədən avtomobili ilə yüksək sürətlə ərazidən uzaqlaşıb. Daha sonra isə polis əməkdaşları tərəfindən ələ keçirilib.

İlkin məlumatda avtoxuliqanın atasının Dövlət Gömrük Komitəsində işlədiyi bildirilib. Lakin, DGK-nin mətbuat xidməti məlumat yayaraq bunu təkzib edib, gömrük orqanlarında Nüsrət Adıgözəlov adlı əməkdaş xidmət etmədiyi bildirilib.

Maraqlıdır ki, 10 LJ 600 dövlət nömrə nişanı əvvəllər "Mercedes” ("şessot”) markalı avtomobildə olub.
XəzərNews.az bildirir ki, Yenicag.az ötən gecə yol polisinə çətin anlar yaşadan avtoxuliqanın fotosunu əldə edib.



Xəbər 2405 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

21.03.2025  11:59 

Hafiz Həsənov ev dustağı oldu


BÜTÜN XƏBƏRLƏR +