Ələsgər Məmmədli həbsdə qaldı
Prezidentdən Novruz təbriki - MƏTN
Bugünkü bəyanatı qətiyyətlə rədd edirik - XİN
Ərzaq bazarında bahalaşma var
“Vinçester”dən güllə yağışı yağdıran maqnat oğlu kimdir?
İsrail Qəzzada HƏMAS-a zərbələr endirir
Tramp Oval kabinetdəki mübahisədən danışdı
Mövqelərimiz yenidən atəşə tutuldu
Daha iki şəhid dəfn olunacaq
Prezident və xanımı Ağdərədə Novruz tonqalını yandırdı


20.10.2017  10:04 

Bakıda eyvanlar sökülür - VİDEO





A+  A-

Bakının mərkəzi küçələrində hündürmərtəbəli binaların eyvanları sökülür.
XəzərNews.az Xezerxeber.az-a istinadən xəbər verir ki, söküntü işləri paytaxtın Nəsimi və Xətai rayonları ərazisində həyata keçirilir. Nəsimi Rayon İcra Hakimiyyətindən bildirilib ki, köhnə və müddətini başa vurmuş, eləcə də qəzalı vəziyyətdə olan eyvanlar sökülərək yeniləri ilə əvəz olunur. Hazırda rayonun Rəşid Behbudov, Səməd Vurğun və Dilarə Əliyeva küçələrinin kəsişməsi, həmçinin 28 may, Azadlıq prospekti və Nizami küçəsində olan binalarda təmir işləri gedir.

Nəsimi rayonu ilə yanaşı, eyvanların yenilənməsi prosesi Xətai rayonunda da gedir. Rayonun Yusif Səfərov və Afiyəddin Cəlilov küçələri ilə Nobel prospektinin giriş hissəsində 20 binanın fasadı əsaslı şəkildə təmir edilib və 470 eyvan yenilənib.

Xətai Rayon İcra Hakimiyyətinin şöbə müdiri Pənah İmanov bildirib ki, hazırda Afiyəddin Cəlilov və Mehdi Mehdizadə küçələrində 40 eyvanın təmir işləri aparılır. Eyvanların yenilənməsi işlərinin ilin sonunadək başa çatdırılması planlaşdırılır. Söküntü işləri Nazirlər Kabinetinin qərarı əsasında özəl tikinti şirkətləri tərəfindən həyata keçirilir.


Xəbər 1332 dəfə oxunub.





18.03.2025  16:08 

Ərzaq bazarında bahalaşma var

18.03.2025  11:07 

Daha iki şəhid dəfn olunacaq

17.03.2025  12:23 

Makler - diplomat... - o kimdir?


BÜTÜN XƏBƏRLƏR +