“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video
Kəmaləddin Heydərov idarə rəisini vəzifəsindən azad etdi
Polis Əkrəm İmamoğlunu neçə gün saxlayacaq?
Tramp ABŞ-nin NATO-dakı bu ştatını ləğv edir
Sahibə Qafarova “Şərəf” ordeni ilə təltif edilib
“Heç kim toxunulmaz deyil” - Dövlət Baxçalı
İmamoğlu ilə birgə saxlanılanlar... - SİYAHI
“Rosemary Inn” otelinın fəaliyyəti dayandırıldı
Sabahdan Azərbaycanda 12 günlük tətil başlayır


22.08.2017  12:07 

Ermənistan ordusunun əsgərləri döyülüb xəstəxanalıq oldular





A+  A-

Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərimizdə yerləşən bölmələrində növbəti cinayət hadisəsi qeydə alınıb.
XəzərNews.az AzərTac-a istinadən xəbər verir ki, Madagiz hərbi bazasında şəxsi heyət arasında nizamnamədən kənar qarşılıqlı münasibətlərin pozulması nəticəsində əsgərlər Asatryan və Arsen Markaryan ciddi bədən xəsarətləri alıblar. Xidməti vəzifələrini yerinə yetirən alayın 4-cü taborunun hər iki əsgəri yuyunma yerinin təmizlənməsindən imtina etdikləri üçün taqım komandiri Aşot Gevorkyan tərəfindən vəhşicəsinə döyülərək hospitala yerləşdiriliblər. Bundan əlavə, məlum olub ki, elə həmin gün bu alayın 2-ci taborunun əsgəri Qaqik Martirosyanın da hələlik naməlum şəraitdə barmağı sındığı üçün hospitala aparılıb.

Ağdərə ətrafında yerləşən digər bölmədə odlu silahdan istifadə qaydalarının pozulması səbəbindən Hraç adlı əsgər barəsində açılan cinayət işi ilə əlaqədar hərbi qulluqçular Aram Mardinyan, Alyoşa Barseğyan, Apres Qriqoryan və Harutyun Hakopyan istintaqa cəlb olunublar.

Yenə də Ağdərədə yerləşən işğalçı ordunun hərbi hissədə müqavilə əsasında xidmət edən hərbi qulluqçusu Armen Yeğazaryan tərəfindən kiçik rütbəli zabitin döyülməsi, o cümlədən fərarilik və mobil telefondan istifadə etmə faktları üzrə cinayət işləri açılıb.

Xəbər 1457 dəfə oxunub.




18.03.2025  16:08 

Ərzaq bazarında bahalaşma var


BÜTÜN XƏBƏRLƏR +