“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video
Kəmaləddin Heydərov idarə rəisini vəzifəsindən azad etdi
Polis Əkrəm İmamoğlunu neçə gün saxlayacaq?
Tramp ABŞ-nin NATO-dakı bu ştatını ləğv edir
Sahibə Qafarova “Şərəf” ordeni ilə təltif edilib
“Heç kim toxunulmaz deyil” - Dövlət Baxçalı
İmamoğlu ilə birgə saxlanılanlar... - SİYAHI
“Rosemary Inn” otelinın fəaliyyəti dayandırıldı
Sabahdan Azərbaycanda 12 günlük tətil başlayır


05.05.2017  13:37 

General Tağı Əhmədovla bağlı ifadə verdi





A+  A-

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Antiterror Mərkəzinin sabiq rəisi, general-mayor Elçin Quliyev və həmin Mərkəzinin əməkdaşı, polkovnik Azər Mehdiyevin cinayət işində bəzi detallar məlum olub.
Cinayət işi üzrə MTN-in Monitorinq Mərkəzinin sabiq rəisi, general-mayor Teymur Quliyev şahid qismində ifadə verib.

T.Quliyev ibtidai istintaq zamanı dindirilməsində göstərib ki, 18 aprel 2015-ci il tarixində Məmməd Abbasbəylinin telefonlarına qulaq asılması tapşırığını alıb: "Bunun təşəbbüskarı Antiterror Mərkəzinin rəis müavini İlqar Əliyev olub. Həmin tapşırıq Antiterror Mərkəzinin rəisi Elçin Quliyev tərəfindən təsdiqlənib. Daha sonra nazirliyin sabiq rəhbəri tərəfindən tədbirin Monitorinq Mərkəzi tərəfindən keçirilməsinə icazə verilib. Müvafiq qaydada tapşırığın icrası həyata keçirilib və əldə olunmuş məlumatlar tapşırıqda qeyd edildiyi kimi İlqar Əliyevə göndərilib".

T.Quliyevin sözlərinə görə, o, M.Abbasbəylini tanımayıb və həmin şəxslə hər hansı bir münasibətdə olmayıb: "Daha sonra Bakı şəhər sakini Allahverdi Dəmirovun telefonuna qulaq asılması tapşırığı üzrə təşəbbüskar Antiterror Mərkəzinin əməkdaşı İlkin Soltanov olub. Həmin tapşırıq isə Elçin Quliyev tərəfindən təsdiqlənib. Həmçinin Aydın Cəfərovun da telefonu Elçin Quliyevin tapşırığına əsasən dinlənilib. 2014-2015-ci illərdə MTN-in Monitorinq Mərkəzi tərəfindən icra edilmiş ümumilikdə 36 ədəd tapşırıq vərəqləri ilə tanış olmuşam".
O söyləyib ki, tapşırıqda adı qeyd edilən Tağı Əhmədovu Bakı Metropoliteninin rəisi olaraq mətbuatdan tanıyıb: "Onunla şəxsi münasibətim və görüşüm olmayıb. Həmin tapşırıqların icrası Monitorinq Mərkəzi tərəfindən strukturun əsasnaməsi və təlimatlarına uyğun iş təşkil edilib".

Qeyd edək ki, E.Quliyev, A.Mehdiyev və digər şəxslər 2015-ci ildə həbs edilib. Həmin vaxt Səbail Rayon Məhkəməsi onun barəsində dörd ay müddətində həbs qətimkan tədbiri seçib. Sonradan həbs qətimkan tədbirinin vaxtı bir neçə dəfə uzadılıb.

Həmin şəxslər Cinayət Məcəlləsinin 145.3-cü (qanunsuz azadlıqdan məhrum etməklə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olma), 181.3.1-ci (mütəşəkkil dəstə tərəfindən quldurluq törətmək), 181.3.2-ci (külli miqdarda əmlak əldə etmək məqsədi ilə quldurluq törətmək), 182.3.1-ci (mütəşəkkil dəstə tərəfindən hədə-qorxu yolu ilə tələb etmə), 182.3.2-ci (külli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu yolu ilə tələb etmə), 302.2-ci (əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma, eyni əməllər informasiyanın gizli yolla götürülməsi üçün nəzərdə tutulan xüsusi texniki vasitələrdən istifadə edilməklə törədildikdə), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmək), 309.2-ci (vəzifə səlahiyyətlərini aşmaqla, zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə törədildikdə, yaxud silah və digər xüsusi vasitələrdən istifadə etməklə törədildikdə və ya ağır nəticələrə səbəb olma), 311.3.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma), 311.3.2-ci (təkrar rüşvət alma), 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddələri ilə ittiham olunurlar.

Xatırladaq ki, MTN ətrafında baş verən hadisələrdən sonra nazirliyin Antiterror Mərkəzinin rəisi general-mayor E.Quliyev tutduğu vəzifədən azad olunaraq MTN-in Heydər Əliyev adına Akademiyasının kafedra rəisi təyin edilmişdi.

(report.az)

Xəbər 1482 dəfə oxunub.



18.03.2025  16:08 

Ərzaq bazarında bahalaşma var


BÜTÜN XƏBƏRLƏR +