Əsgərlərlə görüşə getmək istəyənlərin NƏZƏRİNƏ
İnternet oyunlarına məhdudiyyət qoyula bilər?
Bu gün Bakıda sulu qar GÖZLƏNİLİR
Lənkəranda qəbiristanlığı su BASDI
“Veteran pulu” nə zaman artırılacaq?
Üç uşağı olanlara şad XƏBƏR - VİDEO
Neft Daşları”nda sızma OLUB
Sumqayıtda məscid sökülür?
Ramiz Zeynalov güləşçiyə bahalı maşın nömrəsi hədiyyə edib
Сыроварня” restoranı dövlət dilini kobud şəkildə pozur


22.02.2023  14:41 

“44 günlük müharibədə Türkiyədə şou proqramlar davam edib“ - Aktrisa





A+  A-

Aktrisa Xəyalə Quliyeva iki ay maaş almadığını bildirib.

XəzərNews.az olay-a istinadən xəbər verir ki, bu barədə o, TikTok-da canlı yayım edərkən deyib. Xəyalə deyib ki, Türkiyədə baş verən zəlzələ səbəbindən dünyasını dəyişənlərə ehtiram əlaməti olaraq "Komedixana" yayımlanmır.

""Komedixana" bu həftə də Türkiyədəki faciəyə görə olmayacaq. Konsertdən sonra iki çəkilişimiz olub. İki aydır maaş almırıq. Hamı qınayır, nələrsə deyir. Amma hər kəs də iş-gücündədir",- deyə aktrisa bildirib.

X. Quliyeva onu da bildirib ki, 44 günlük Vətən Müharibəsində Türkiyədə şou proqramlar davam edib:

"Onlara öz vətəndaşları demədi ki, Azərbaycanda müharibə gedir, niyə konsert verirsən? Biri başa düşüb demir ki, bizim işimiz dayanıb. Biz yardım topladıq, göndərdik. Amma onların öz "makler"ləri zəlzələdə evsiz qalanlara mənzil vermirdi, qiymət oxuyurdular. Amma yenə də qınanan biz oluruq. Biz ancaq özümüzü "vururuq". İşimiz budur. Adi çəkilişə geyim verir, onu paylaşıb reklam edirsən. Bunu qınayırlar. Kimə işdən 40 gün icazə verirlər? Uzağı bir həftə! Hamı işləyir! Amma bir biz oturmuşuq".

Xəyalə ilə bərabər canlıda olan aktrisa Zarina Qurbanova bunları deyib:


"Mənasız insanlardır, diqqət çəkir. Cavidan Novruzun ad günündən video paylaşılmışdı. Bir Türkiyə vətəndaşı yazmışdı ki, biz sizin 44 günlük müharibədə heç yas saxlamadıq. Sağ olun ki, bizim yasımızı saxlayırsız.

Çox yaxşı yazmışdı. Həkimlərin işi iynə vurmaqdırsa, bizim işimiz budur. Efir insanlarıyıq. Üzümüz gülürsə, o demək deyil ki, nələrsə yazıb qəlbimizi qırasız".

Xəbər 1202 dəfə oxunub.




07.02.2025  22:03 

Neft Daşları”nda sızma OLUB

07.02.2025  20:25 

Türkiyədə zəlzələ oldu

07.02.2025  20:13 

Sumqayıtda məscid sökülür?

07.02.2025  12:56 

Milyarder Trampın Amerika arzusu


BÜTÜN XƏBƏRLƏR +