Əsgərlərlə görüşə getmək istəyənlərin NƏZƏRİNƏ
İnternet oyunlarına məhdudiyyət qoyula bilər?
Bu gün Bakıda sulu qar GÖZLƏNİLİR
Lənkəranda qəbiristanlığı su BASDI
“Veteran pulu” nə zaman artırılacaq?
Üç uşağı olanlara şad XƏBƏR - VİDEO
Neft Daşları”nda sızma OLUB
Sumqayıtda məscid sökülür?
Ramiz Zeynalov güləşçiyə bahalı maşın nömrəsi hədiyyə edib
Сыроварня” restoranı dövlət dilini kobud şəkildə pozur


30.11.2022  18:32 

Elza Seyidcahanın maşınının əlindən niyə alıblar?





A+  A-

“Yol hərəkəti qaydalarının pozulmasına görə, tərtib olunan cərimələrin ödənişində şərtlər var. Belə ki, cərimə tərtib olunduqdan sonra 10 gün ərzində ödənərsə, 10 faiz güzəşt edilir. Yəni, 50 manatlıq cərimə üçün bu zaman 45 manat ödənilir. Tərtib olunandan sonra 1 ayın tamamına qədər heç bir faiz gəlmir. Belə ki, 50 manat cərimə varsa, elə o qədər də ödənilir. Birinci ayın tamamından sonra isə, hər ötən gün üçün cərimənin 1 faiz məbləğində dəbbə pulu gəlir”.

XəzərNews.az xəbər verir ki, bunu Oxu.Az-a Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli cərimələrin ödəniş şərtləri ilə bağlı danışarkən bildirib.

O qeyd edib ki, ikinci ayın tamamında avtomobilin saxlanılması üçün bu sistem avtomatik olaraq qərar qəbul edir:

“Artıq üçüncü ayın tamamından sonra cəriməni ödəməyən sürücü Yol Patrul Xidməti əməkdaşları tərəfindən saxlanıla bilər. İnzibati Xətalar Məcəlləsinin 529.3 maddəsi ilə barəsində açılmış protokol məhkəməyə təqdim olunur və məhkəmədə sürcülük hüququnun məhdulaşdırıması ilə bağlı qərar qəbul edilə bilər. Sürücünün “pulum yoxdur” kimi ifadələrin işlətməsi ona hüquq qazandırmır. Belə ifadə cərimənin ödənilməməsi üçün tutarlı arqument deyil. Cərimə olunmamaq üçün qaydalara riayət etmək lazımdır. Kimliyindən asılı olmayaraq qanun qarşısında hər kəs bərabərdir”.

Araz Əsgərli yol polisi əməkdaşlarının müğənni Elza Seyidcahana qeyd olunanları izah etməklə yanaşı, onu öz avtomobillərində ATV kanalında gedən “Günün Sədası” proqramına şəxsən apardıqlarını da diqqətə çatıdırb:

“Sənətçinin çəkilişə gecikməsi nəzərə alınıb və DYP əməkdaşları sənətçinin yüklərinə qədər ona zəruri köməkliyi göstəriblər. Təəsüf ki, müğənninin yol hərəkəti qaydalarının pozulmasına görə, ödənilməmiş müəyyən məbləğdə cərimələri də var”.

Qeyd edək ki, müğənninin 2 000 manata yaxın ödənilməmiş borcu olduğuna dair məlumatlar da paylaşılır.

Xəbər 1094 dəfə oxunub.




07.02.2025  22:03 

Neft Daşları”nda sızma OLUB

07.02.2025  20:25 

Türkiyədə zəlzələ oldu

07.02.2025  20:13 

Sumqayıtda məscid sökülür?

07.02.2025  12:56 

Milyarder Trampın Amerika arzusu


BÜTÜN XƏBƏRLƏR +