Vatikan Zelenskiyə görə protokolu pozdu
Bu ölkələr arasında döyüşlər başladı? -VİDEO
İranda təkrar partlayış olub -VİDEO
Prezident Çinlə viza rejiminin ləğvinə münasibət bildirib
BakuBus sürücüsü piyadanı döyüb -VİDEO
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
“Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram“
Dünya liderləri Roma Papası Fransisklə vidalaşır
Ərdoğan gələn ay Azərbaycana səfər edəcək
Daha 3 şəxs Rusiyadan Azərbaycana ekstradisiya olundu


18.04.2024  11:45 

Diasporumuz gücləndikcə, erməni təbliğatı iflasa uğrayacaq- Elnur Məcidli





A+  A-

“Fransanın Azərbaycandakı səfirini müzakirə üçün geri çağırması, iki ölkə arasında artan siyasi ziddiyyətin və yaranmış anlaşılmazlıqların təzahürüdür”.

Xəzərnews.az xəbər verir ki, bu fikirləri Diaspora.TV-yə Fransada yaşayan azərbaycanlı jurnalist Elnur Məcidli deyib. Onun sözlərinə görə, iki ölkə arasındakı əlaqələrin zədələnməsində, Fransadakı erməni diasporunun və lobbisinin rolu böyükdür:

“Xüsusən, 2-ci Qarabağ müharibəsindən sonra Azərbaycanın əldə etdiyi möhtəşəm zəfərlə öz torpaqlarını işğaldan azad etməsi və erməni separatçılarını məhkəmə qarşısına çıxarması, dünyadakı erməni diasporunu daha da aqressivləşdirdi. Buna paralel olaraq, biz müxtəlif ölkələrdə Azərbaycan səfirliklərinə erməni diasporunun vandal hücumlarının şahidi olduq. Bununla belə, hər nə qədər erməni diasporu, Fransanın siyasi administrasiyasına öz təzyiqlərini davam etdirsə də, Fransa ictimaiyyəti, bu məsələdə daha təmkinlidir, əksəriyyət, Azərbaycanla əlaqələrin inkişaf etdirilməsindən və Azərbaycanı daha yaxından tanımaqdan yanadır”.

E.Məcidli bildirib ki, xüsusilə, Ukrayna müharibəsi və Rusiya ilə Avropa Birliyi arasında hər gün daha da böyüyən iqtisadi-hərbi konflikt fonunda, Azərbaycan neftinin və qazının Avropa Birliyinə ixracatı və bu ixracatın daha da genişləndirilməsi, Fransa üçün xüsusi əhəmiyyət kəsb edir:

“Avropa Birliyinə üzv ölkələrlə, o cümlədən Fransa və fransız şirkətlərlə bağlanmış enerji müqavilələri, Azərbaycanı bu gün əhımiyyətli tərəfdaş səviyyəsinə yüksəldib. Bu baxımdan, hər iki ölkə arasında bir müddətdir davam edən dalğalı əlaqələrin zamanla stabilləşəcəyinə və yenidən inkişaf istiqamətinə yönələcəyinə inanıram”.

E.Məcidli vurğuladı ki, Fransadakı Azərbaycan diasporu da gücləndikcə, inkişaf etdikcə bu ölkədəki erməni diasporunun təktərəfli təbliğatı iflasa uğrayacaq:

“Hansı ki, bu proses artıq başlayıb, bir az daha zamana ehtiyac var. Fransada sayları erməni diasporunu üstələyən türk-azərbaycanlı diasporunun birlikdə hərəkət etməsi, yaxın gələcəkdə öz bəhrəsini verəcəkdir”.

Bəxtiyar Məmmədli
Diaspora.TV


Xəbər 2503 dəfə oxunub.




25.04.2025  11:21 

18 yaşın mübarək, Qaynarinfo!


BÜTÜN XƏBƏRLƏR +