Deyəcəksiniz ki, yox, bu hara, o hara?
Volkan Konak vəfat edib
Prezident 31 Martla bağlı paylaşım edib
Şeyx bayram namazında niyə iştirak etməyib? - AÇIQLAMA
Kişini cinsiyyət orqanından bıçaqladılar
Azərbaycanda Ramazan bayramı qeyd olunur
İmamoğlu üçün 2.2 milyon bir araya gəldi
Prezidentdən Ramazan bayramı paylaşımı - Foto
Kartof niyə sürətlə bahalaşır?
Kanalda batan 17 yaşlı qızın meyiti tapılıb


08.09.2022  09:07 

“Ciddi rəqiblə qarşılaşacağıq” - Qurban Qurbanov





A+  A-

“Frayburq” çox maraqlı komandadır. Ciddi rəqiblə qarşılaşacağıq. İstəkli və həvəsliyik. Yaxşı mübarizə aparmaq niyyətindəyik.

XəzərNews.az xəbər verir ki, bu sözləri UEFA Avropa Liqasının G qrupunun birinci turu çərçivəsində Almaniyanın “Frayburq” komandasının qonağı olacaq Ağdamın “Qarabağ” komandasının baş məşqçisi Qurban Qurbanov matçdan əvvəl təşkil olunan mətbuat konfransında bildirib.

Mütəxəssis deyib: “Öz istədiklərimizi etməyə çalışacağıq. Futbolçularıma inanıram. Azarkeşləri maraqlı matç gözləyir. Çox intizamlı komandaya qarşı oynayacağıq.

Meydanda nə edəcəyimizi bilirik. Amma rəqibin əks zərbələrinə hazırlıqlı olmalıyıq. "Frayburq"un baş məşqçisinin yetərincə təcrübəsi var. O, şəhərdə və futbolçular tərəfindən çox sevilir. Göstərilən etimadı doğruldub. Komanda uzun illər ərzində eyni səviyyədə çıxış edir. Bizdə belə matçlarda istər-istəməz həyəcan olur. Hər halda bu baş məşqçiyə qarşı mübarizə aparmaq mənim üçün maraqlıdır. Həm də həvəsliyəm. Meydanda aktiv və dinamik olmalıyıq. Hər liqanın və komandanın üstünlükləri var. Sabah maraqlı matç olacağına inanıram”.

Baş məşqçi Bundesliqa təmsilçisinin standart vəziyyətlərdə təhlükəli olduğunu xatırladıb: “Neçə gündür, baxırıq, analiz edirik və bunları futbolçulara göstəririk. Daha diqqətli olmağa çalışacağıq. Rəqibin əlavə nəsə etməsi bizə çətinlik yarada bilər".

Qeyd edək ki, "Europa-Park" stadionunda təşkil olunacaq "Frayburq" - "Qarabağ" matçı sentyabrın 8-də Bakı vaxtı ilə saat 23:00-da başlanacaq.

Xəbər 4586 dəfə oxunub.



31.03.2025  09:31 

Volkan Konak vəfat edib

30.03.2025  14:43 

Kral İlham Əliyevi təbrik edib

29.03.2025  19:07 

Kartof niyə sürətlə bahalaşır?

29.03.2025  10:21 

Qrenlandiya ABŞ-a niyə lazımdır?


BÜTÜN XƏBƏRLƏR +