Türkiyədə 4.9 bal gücündə zəlzələ olub
Deputatın “besedka“ açılışı tənqid olundu - Foto
Pezeşkian: "Qarşılıqlı səfərləri asanlaşdırmaq üçün yollar açmalıyıq"
Vatikan Zelenskiyə görə protokolu pozdu
Bu ölkələr arasında döyüşlər başladı? -VİDEO
İranda təkrar partlayış olub -VİDEO
Prezident Çinlə viza rejiminin ləğvinə münasibət bildirib
BakuBus sürücüsü piyadanı döyüb -VİDEO
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
“Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram“


11.05.2018  19:17 

Bakıda qeyri-qanuni məscid aşkarlandı





A+  A-

Mayın 11-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Xəzər Rayon İcra Hakimiyyəti əməkdaşlarının birgə iştirakı ilə dini qurumların fəaliyyət qaydasının pozulması haqqında daxil olan məlumatın yoxlanılması məqsədilə Xəzər rayonu, Binə qəsəbəsində yerləşən qeyri-qanuni məscid tipli ibadət yerinə baxış keçirilib.
Bu haqda XəzərNews.az-a Dini Komitədən məlumat verilib.

Baxış əsnasında həmin ərazidə qanunazidd qaydada dini yığıncaqların, digər dini mərasimlərin təşkili və keçirilməsi, eləcə də, “Dini etiqad azadlığı haqqında” qanunun müvafiq maddələrinin pozulduğu aşkar edilib.

Bununla bağlı qeyd edilən ünvanda qeyri-qanuni olaraq dini ayin icra edən Binyətov Gülverdi Allahverdi oğlu barəsində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin əməkdaşları tərəfindən Azərbaycan İnzibati Xətalar Məcəlləsinin 515.0.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək aidiyyəti üzrə məhkəməyə göndərilib.

Xəbər 1632 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +