Türkiyədə 4.9 bal gücündə zəlzələ olub
Deputatın “besedka“ açılışı tənqid olundu - Foto
Pezeşkian: "Qarşılıqlı səfərləri asanlaşdırmaq üçün yollar açmalıyıq"
Vatikan Zelenskiyə görə protokolu pozdu
Bu ölkələr arasında döyüşlər başladı? -VİDEO
İranda təkrar partlayış olub -VİDEO
Prezident Çinlə viza rejiminin ləğvinə münasibət bildirib
BakuBus sürücüsü piyadanı döyüb -VİDEO
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
“Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram“


22.02.2018  19:35 

Nazirlər Kabineti 2018-ci il üçün iş planı ilə bağlı iclas keçirdi





A+  A-

Bu gün Baş nazir Artur Rasi-zadənin sədrliyi ilə “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il üçün iş planı”nda nəzərdə tutulmuş məsələlərə dair iclas keçirilib.
Nazirlər Kabinetinin Mətbuat Xidmətindən XəzərNews.az-a verilən məlumata görə, iclasda “Azərkosmos” Açıq Səhmdar Cəmiyyətinin inkişaf istiqamətləri haqqında” və “İcbari tibbi sığortanın tətbiqi üzrə pilot layihənin icrasının yekunları barədə təqdimatın keçirilməsi haqqında” məsələlərə dair müvafiq qurumların rəhbərlərinin hesabatları dinlənilib, geniş fikir mübadiləsi aparılıb. Müzakirələrdən sonra peyk kommunikasiya xidmətlərinin inkişaf istiqamətləri bəyənilib, icbari tibbi sığortanın tətbiqi sahəsində görülən işlər məqbul hesab edilib. Aidiyyatı qurumlara nəzərdə tutulan digər tədbirlərin həyata keçirilməsi tapşırılıb.
Nazirlər Kabinetinin iclasında həmçinin “İcra intizamı haqqında” və “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il üçün dəqiqləşdirilmiş iş planı haqqında” cari məsələlərə də baxılaraq müvafiq qərarlar qəbul edilib.

Xəbər 1577 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +