Odessanı 21 pilotsuz uçan aparatla vurublar
“Əsassız 600 manat cərimə yazırlar” - AYNA-dan ŞİKAYƏT
Ədalət Abbasov vəzifəsindən azad olunub
Prezident Qusarda yol tikintisinə pul ayırdı
Heydərov oğlunun obyektinin istismarına icazə verdi
Bu deputat Kamran Əliyevə səs verməyib
Mal-qara oğruları saxlanıldı
Əsgəran-Xocalı yolunda meyit qalıqları tapıldı
Bank kartlarından 30716 manat talandı - Bir gündə...
3 milyon vətəndaşın banklara kredit borcu var


23.05.2019  17:30 

“Hətta sürüşmə zonasında da ev tikmək olar” - Qurban Yetirmişli





A+  A-

Azərbaycanda seysmik rayonlarda tikinti işlərinin norma və qaydalarına yenidən baxılacaq”.
XəzərNews.az Report-a istinadən xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli deyib.

O bildirib ki, seysmik rayonlarda aparılan tikinti işlərinin normalarına baxılmalıdır: "Çünki bu normalar beynəlxalq standartlara uyğun olmalıdır. Müəyyən dövr keçdikdən sonra bu norma və qaydaların düzəliş edilməsinə ehtiyac yaranır. Bununla bağlı Amerika, San-Fransisko və Kanada Universitetindən Azərbaycana səfərə gələn mütəxəssislərlə birlikdə araşdırmalar aparılır. Bunun üçün də həmin ərazilərdə əvvəlcə tədqiqatlar aparılacaq və tələb olunan cihazlar quraşdırılacaq. Daha sonra bunun nəticəsində seysmik zonalarda aparılan tikintilərə beynəlxalq standartlar tətbiq olunacaq. Azərbaycanda tikinti işləri norma və qaydaların tələblərinə uyğun həyata keçirilirsə, hətta sürüşmə zonasında da ev tikmək olar”.

Xəbər 2101 dəfə oxunub.




01.05.2025  12:34 

Mal-qara oğruları saxlanıldı


BÜTÜN XƏBƏRLƏR +