Avtobus zolağına daxil olan sürücülərə XƏBƏRDARLIQ
Kamil atasının ad və soyadından niyə imtina edib?
Masallıda yaşayış evində yanğın baş verib - Video
Əfv Komissiyasına 700-dən çox müraciət var
“Azər-Türk Bank”ın 1.5 mln. manatlıq ümidsiz kreditləri...
Bakıda məşhur şadlıq evləri cərimələndi – SİYAHI
Saxta plastik cərrah Gəncədə ölümə səbəb oldu
Estoniya Rusiya ilə sərhəddə hərbi baza yaradır
Tramp geri çəkildi: Çin mallarına rüsumlar azalacaq
“BakuDent“ klinikası cərimələndi


03.03.2018  19:26 

Şəmkirdə təcili tibbi yardım maşını qəzaya düşdü





A+  A-

Şəmkirdə xəstəni aparan təcili tibbi yardım maşını qəzaya düşüb.
XəzərNews.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Keçili kəndinə gedən yolda qeydə alınıb.

Çaparlı kənd sakini Tural Məmmədov Keçili kəndində evdə təmir işləri aparan zaman partlayış baş verib və o, yanıq xəsarətləri alıb. Bununla bağlı təcili yardım çağırılıb. T.Məmmədovu xəstəxanaya aparan təcili tibbi yardım avtomobili yolda rayon sakini 1963-cü il təvəllüdlü Cəfərov Hüseyn Məcid oğlunun idarə etdiyi “Qaz 31” markalı avtomobillə toqquşub.

Qəza zamanı H. Cəfərov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Şəmkir rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Yanıq xəsarəti alan T. Məmmədov isə Gəncədə olan özəl xəstəxanalardan birinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər 1784 dəfə oxunub.




BÜTÜN XƏBƏRLƏR +