Yemək şirkəti 1,8 milyona təbliğat aparacaq – Müəmma
Orduxan Teymurxan Baş Prokurorluğa çağırılıb
Nikopol atəşə tutuldu: 2 ölü, 5 yaralı var
Mənim uşağımın atası evlidir - Şok etiraf
Alla Puqaçova ad gününü Yunanıstanda qeyd edib
Müharibədən sonra SEÇKİ... - Uzadılmamalıdır...
Şikayətçi Oleq Bakinskidən 50 min manat tələb edir
Rusiyada miqrantlar döyülür, söyülür, soyulur...
Erməniəsilli şəxslərin məhkəməsi davam edir
Azərbaycanlı Ukrayna müharibəsində həlak olub


21.08.2019  13:43 

“Qara qutu” Azərbaycanda tədqiq olunacaq





A+  A-

“İnternetdə bu tipli qəzaları araşdırdım. Məlumatlar topladım. Qəribədir ki, qəzaların böyük əksəriyyətində pilot katapult edib. Rəşadın təyyarə qəzası sirlidir”​.
XəzərNews.az xəbər verir ki, bu sözləri politoloq, bu gün dəfn edilən hərbi pilot Rəşad Atakişiyevin qayınatası Qabil Hüseynli deyib. O bildirib ki, qəzanın üzərinə "qara qutu"nun açılması və məlumatların oxunması böyük işıq saçacaq:

“Əminəm ki, bu işlər vicdanla aparılacaq və nəticə ortaya qoyulacaq. Bildiyiniz kimi, Rəşadın qəzaya uğradığı təyyarə ilə radar və radioəlaqəsi eyni zamanda kəsilib. Əlaqə kəsilən kimi də təyyarənin dənizə doğru yönləndiyi təsbit edilib. Hər şeyi aparılan tədqiqatların nəticəsi söyləyəcək”.

Qabil Hüseynli qeyd edib ki, “qara qutu” Azərbaycanda tədqiq olunacaq:

“Bununla bağlı laboratoriya yaradılıb. Bildiyimiz kimi, təyyarə son təmir üçün Ukraynanın Lvov şəhərinə göndərilib. Ona görə də Ukraynadan mütəxəssislər çağırılıb. “Qara qutu” bir qədər zədələndiyinə görə özləri ilə qab gətirəcəklər və qutu yeni qaba köçürüləcək. Məncə, problem olmadan oxunacaq. “Qara qutu”nun Rusiyaya göndərilməsi variantını mənim kimi ölkə rəhbərliyi də istisna edir”.

Xatırladaq ki, Azərbaycan Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsinin itkin pilotu, polkovnik-leytenant Rəşad Atakişiyevin nəşi dünən Xəzər dənizindən tapılıb.

Xəbər 1155 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +