Vüsal Həsənov Qənirə Ataşovanı ölümlə hədələyir - İddia
Ermənilər atəşkəsi yenə pozdu
Meyitlərin qulaqlarını kəsirdilər - Babayan
Sərhəddə müşahidə edilən PUA zərərsizləşdirildi
Azərbaycan Rusiya ilə bağlı səsvermədə bitərəf qalıb
Azad olunmuş ərazilərə 4 milyard xərclənəcək
Borcumuz açıqlandı: 26.628,8 milyon manat
Amerikanın Yaxın Şərqdə batmayan gəmisi
Rusiya 909 cəsədi Ukraynaya qaytarıb
Savaş ərəfəsi: Bakının dostu nüvə silahı əldə edir?


17.04.2020  11:36 

Türkiyəli həkim koronavirusun dərmanını tapdığını açıqladı





A+  A-

Türkiyəli həkim, Prof.Dr. Ercüment Ovalı koronavirusun müalicəsində istifadə oluna biləcək dərmanı kəşf etdiyini açıqlayıb.
XəzərNews.az-ın xəbərinə görə, o, bu barədə sosial şəbəkədə məlumat yayıb.

“Bir aydır laboratoriyada üzərində çalışdığımız bir dərmanın adını aprelin 23-də açıqlayacaqdıq. Lakin o qədər təsirlidir ki, insanların həyatını xilas edə bilər. İnsanların həyatından daha bir gün oğurlamaq istəmədik. Təcili olaraq “Dornaz alfa” xəstələrin müalicəsi üçün testdən keçirilməlidir”, - deyə həkim bildirib.

Qeyd edək ki, “Dornaz alfa” dərman pereparatı hüceyrədənkənar DNT-ni parçalayan və 5 yaşınadək uşaqlarda kistik fibrozun simptomatik müalicəsində istifadə olunan təbii insan fermentinin genetik olaraq hazırlanmış bir versiyasıdır. İlk dəfə 1993-cü ildə ABŞ-da qeydiyyata alınıb və 20 ildən çoxdur ki, müxtəlif ölkələrin pulmonoloqlarına görə, kistik fibrozun müalicəsi üçün ən təsirli və təhlükəsiz dərmanı hesab edilir. Bu gün ABŞ-da 6 yaşdan yuxarı kistik fibrozlu xəstələrin 80%-nin müalicəsində bu dərmandan istifadə olunur. Dərmanın patenti, daha sonra “Roche” şirkətlər qrupuna daxil olan Amerikanın “Genentech” biotexnologiya şirkətinə aid olub. “Dornaz alfa”nın dünyada ilk bioanaloqu Rusiya şirkəti “Generium” tərəfindən yaradılıb və 2019-cu ilin may ayında qeydiyyata alınıb.

Xatırladaq ki, Türkiyədə 74,193 nəfər COVİD-19-a yoluxub, onlardan 1,643-ü vəfat edib.

Xəbər 1426 dəfə oxunub.



19.04.2025  09:26 

Ermənilər atəşkəsi yenə pozdu

18.04.2025  15:33 

BŞTİ-də yeni təyinatlar olub


BÜTÜN XƏBƏRLƏR +