Türkiyədə 4.9 bal gücündə zəlzələ olub
Deputatın “besedka“ açılışı tənqid olundu - Foto
Pezeşkian: "Qarşılıqlı səfərləri asanlaşdırmaq üçün yollar açmalıyıq"
Vatikan Zelenskiyə görə protokolu pozdu
Bu ölkələr arasında döyüşlər başladı? -VİDEO
İranda təkrar partlayış olub -VİDEO
Prezident Çinlə viza rejiminin ləğvinə münasibət bildirib
BakuBus sürücüsü piyadanı döyüb -VİDEO
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
“Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram“


23.01.2024  13:30 

Əli İnsanov da İlham Əliyevin təbliğatına başlayıb





A+  A-

Haqq Ədalət Partiyasının (HƏP) sədri Əli İnsanov bildirib ki, Prezident seçkilərində Yeni Azərbaycan Partiyasının namizədi İlham Əliyevin dəstəklənməsi üçün təbliğat işlərinə başlayıblar.

Xəzərnews.az xəbər verir, Ə.İnsanov bu barədə HƏP İdarə Heyətinin iclasında bildirib.

“Haqq Ədalət Partiyasının rayon və şəhər təşkilatları on minlərlə üzvümüzün təbliğat işlərinə aktiv cəlb olunmasını günbəgün artıraraq, əhali arasında geniş təşkilatı işləri aparmaqdadır. Bu işdə partiyanın şəhər və rayon təşkilat rəhbərləri üzvlərimizlə bərabər HƏP-in siyasi xəttini bəyənən çoxsaylı təəssübkeşlərimizi və bizə bağlı olan bütün Azərbaycan vətəndaşlarını seçkilərdə aktiv iştirak etməyə cəlb etməli və qarşıdan gələn Prezident seçkilərində yekdilliklə İlham Əliyev cənablarına səs vermələrinə çağırış etməliyik”.

Əli İnsanov təklif edib ki, HƏP-çilər hər yerdə fevral ayının 7-si günü seçki məntəqələrinə gəlməyi təbliğ etməli, Prezidentliyə namizəd İlham Əliyevin lehinə səs vermək üçün geniş təbliğat aparmalıdır.



Xəbər 1402 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +