Türkiyədə 4.9 bal gücündə zəlzələ olub
Deputatın “besedka“ açılışı tənqid olundu - Foto
Pezeşkian: "Qarşılıqlı səfərləri asanlaşdırmaq üçün yollar açmalıyıq"
Vatikan Zelenskiyə görə protokolu pozdu
Bu ölkələr arasında döyüşlər başladı? -VİDEO
İranda təkrar partlayış olub -VİDEO
Prezident Çinlə viza rejiminin ləğvinə münasibət bildirib
BakuBus sürücüsü piyadanı döyüb -VİDEO
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
“Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram“


25.05.2022  13:47 

Bir ölümlə bütün medianı titrətdən İNSAN...





A+  A-

Kim ölmür ki?! Hamı ölür. Qadir də öldü.

Amma o hamı kimi ölmədi. Bir ölümlə bütün medianı titrətdi. Hətta onu tanımayan insanlar belə artıq torpağın olmuş bu insanı sevməyə başladılar. Çünki zəkası olan insan anlar ki, birinin ölüm bu qədər rezonans yaradırsa deməli o yaxşı insan olub.

Atasını söydürərək balasına pul qazanan şərəfsizlərdən olmayıb. Dostunu sataraq, daha bir addım yüksəlmək istəyən alçaqlardan olmayıb. O, elə insan oldu ki, antik dövrdə belə yaşasaydı onu Aristotel də sevərdi, Sokrat da, hələ o biriləri də.

Çünki, Qadir Sokratın əxlaq haqqında düşüncələrinə uyğun yaşadı.

Demokritin var-dövlət və ürək arasında mütənasiblik haqqında olan iddiasını təsdiq etdi.

Aristotelin “insana can verilir, insanlıq verilmir, onu sonra insan özü qazanır“ fəlsəfəsini isbat etdi.

Platonun “dünya dərkolunmazdır, dərkolunan insanın qəlbi və əməllərdir” ideasına real nümunə oldu.

Allah sənə rəhmət eləsin, GÖZƏL insan!

Eldəniz Əmirov
İqtisadçı

Xəbər 4113 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +