Türkiyədə 4.9 bal gücündə zəlzələ olub
Deputatın “besedka“ açılışı tənqid olundu - Foto
Pezeşkian: "Qarşılıqlı səfərləri asanlaşdırmaq üçün yollar açmalıyıq"
Vatikan Zelenskiyə görə protokolu pozdu
Bu ölkələr arasında döyüşlər başladı? -VİDEO
İranda təkrar partlayış olub -VİDEO
Prezident Çinlə viza rejiminin ləğvinə münasibət bildirib
BakuBus sürücüsü piyadanı döyüb -VİDEO
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
“Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram“


22.10.2021  12:09 

Çörək alarkən DİQQƏTLİ OLUN - VİDEO





A+  A-

Sumqayıtda Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları çörəkbişirmə sexində yoxlamalar aparıblar. Məlum olub ki, sexin şəraiti heç bir standarta cavab vermir. Çörəklərin bişirildiyi qablar toz içərisindədir. Çörək bişirilən zaman mənşəyi məlum olmayan yağlardan istifadə edilir. Yoxlamalardan sonra müəssisənin fəaliyyəti dayandırılıb.

XezerNews.az "Xəzər Xəbər"ə istinadən xəbər verir ki, Sumqayıt şəhərinin Kimyaçılar qəsəbəsində, vətəndaş Ruslan Namazova məxsus çörəkbişirmə sexində antisanitar vəziyyət hökm sürür.

Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşlarının apardıqları yoxlamalar zamanı məlum olub ki, xəmirə qatılacaq maya qaydalarda göstərilən tempraturda saxlanılmır. Mənşəyi bilinməyən yağlardan istifadə edilir. Bir sözlə, insanların hər gün istehlak etdikləri çörək bərbad şəraitdə hazırlanır. Bu isə orqanizm üçün olduqca təhlükəlidir.

AQTA əməkdaşlarını görən sexin sahibi ərazidən uzaqlaşıb. Yoxlamalardan sonra çörəkbişirmə sexinin fəaliyyəti dayandırılıb.



Xəbər 1483 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +