Türkiyədə 4.9 bal gücündə zəlzələ olub
Deputatın “besedka“ açılışı tənqid olundu - Foto
Pezeşkian: "Qarşılıqlı səfərləri asanlaşdırmaq üçün yollar açmalıyıq"
Vatikan Zelenskiyə görə protokolu pozdu
Bu ölkələr arasında döyüşlər başladı? -VİDEO
İranda təkrar partlayış olub -VİDEO
Prezident Çinlə viza rejiminin ləğvinə münasibət bildirib
BakuBus sürücüsü piyadanı döyüb -VİDEO
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
“Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram“


01.09.2021  16:48 

“Patı” satan dostlar saxlanıldı





A+  A-

Ağstafada “patı” satan şəxslər saxlanılıb.
DİN Mətbuat xidmətinin Gəncə regional qrupundan XəzərNews.az-a verilən məlumata görə, əvvəllər məhkum olunmuş Elmar Kərimov Ağstafa RPŞ tərəfindən saxlanılıb və onun üzərindən 2 ədəd sellofan bükümdə “heroin” və 2 ədəd sellofan bükümdə “metamfetamin” aşkar edilərək götürülüb.

Dindirilmə zamanı E. Kərimov narkotik maddəni onlayn yolla Bakı şəhərindən əldə etdiyini, bir qismini isə dostu Sərxan adlı şəxsin avtomobilində saxladığını bildirib. Avtomobilə baxış zamanı oradakı əl çantasından 1 ədəd sellofan bükümdə “heroin”, 3 sellofan bükümdə “patı”, “tiryək”, qurudulmuş “marixuana”, həmçinin narkotik vasitələri qablaşdırmaq üçün müxtəlif sellofan torbalar və 1 ədəd elektron tərəzi aşkar edilərək götürülüb.

E. Kərimovun əldə etdiyi narkotik vasitənin bir qismini dostu, Qazax rayon sakini Sərxan Əfəndiyevə verdiyini bildirib.

S.Əfəndiyevə məxsus avtomobilə baxış keçirilən zamanı yük yerindən çantadakı siqaret qutusunun içərisindən 1 ədəd sellofan bükümdə “heroin” və “metamfetamin” aşkar edilərək götürülüb. S. Əfəndiyev də saxlanılaraq istintaqa təhvil verilib.

Xəbər 2253 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +