Türkiyədə 4.9 bal gücündə zəlzələ olub
Deputatın “besedka“ açılışı tənqid olundu - Foto
Pezeşkian: "Qarşılıqlı səfərləri asanlaşdırmaq üçün yollar açmalıyıq"
Vatikan Zelenskiyə görə protokolu pozdu
Bu ölkələr arasında döyüşlər başladı? -VİDEO
İranda təkrar partlayış olub -VİDEO
Prezident Çinlə viza rejiminin ləğvinə münasibət bildirib
BakuBus sürücüsü piyadanı döyüb -VİDEO
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
“Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram“


25.08.2021  15:20 

Marketin qarşısında döyülən şəxs 21 gün sonra öldü





A+  A-

Avqustun 23-ü saat 21 radələrində paytaxtın Yasamal rayon sakini, 1989-cu il təvəllüdlü Haşım Daşdəmirovun almış olduğu xəsarətlər nəticəsində 3 saylı Şəhər Klinik Xəstəxanasında ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Yasamal rayon prokurorluğundan XəzərNews.az-a verilən məlumata görə, aparılmış araşdırmalarla müəyyən edilib ki, Haşım Daşdəmirov avqustun 2-də saat təxminən 01 radələrində Yasamal rayonunda yerləşən “Grandmart” adlı marketin qarşısında Əbil Məcidov ilə mübahisə edib, mübahisə zamanı sonuncunun Haşım Daşdəmirova yumruqla zərbə endirərək ona sağlamlığa ağır zərər vurmaya aid xəsarət yetirməsi nəticəsində Haşım Daşdəmirov avqustun 23-də xəstəxanada ölüb.

Faktla bağlı Yasamal rayon prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Əbil Məcidov Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.

Xəbər 2039 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +